Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Şəhid qardaşıma məktub”

 

 

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında 27 Sentyabr Anım Günü ilə əlaqədar “Şəhid qar­daşıma məktub” inşa-yazı müsabiqəsinə həsr olunmuş tədbir keçiril­di. Tədbirdə, həmçinin Nəsimi rayonu üzrə şəhid ailələrinin üzvləri Vətən müharibəsi əlilləri və vete­ranları da iştirak edirdilər.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı və “Şəhidlər ölməz” video-çarxının nümayişi ilə davam etdirildi. YAP Nəsimi rayon təşkilatının sədri Azər Süley­manov qeyd etdi ki, 2020-ci il Azərbaycan xalqının çoxəsrlik tarixinə qızıl hərflərlə yazıldı.

Otuz ilə yaxın müddətdə işğal altında qalan torpaqla­rımız Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı ordumuzun şücaəti sayəsində təcavüzkar Ermənistanın işğalından azad edildi. Haqq və ədalət uğrunda 44 günlük Vətən müharibəsi möhtəşəm zəfərimizlə nəticələndi. Tariximizin əbədi qəhrəmanlıq salnaməsi olan bu zəfər yüzlərlə şəhidimizin qanı ilə yazıldı.

A.Süleymanov bildirdi ki, müstəqilliyimiz, Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizəyə qatılmış cəsur hərbiçilərimiz Azərbaycan xalqının başını uca etdi. Heç vaxt unudulmayacaq bu qəhrəmanlar xalqımızın qü­ruru və iftixarı oldu. Rəşadət rəmzi olan igidlərimiz bugünkü və sabahkı gəncliyin əbədi amalı və and yerinə çevrilib.

Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbra­himqızı çıxışında dedi ki, bu gün şanlı qələbəmizə görə müzəffər Ali Baş Komandan İlham Əliyevə, qəhrəman ordumuza, şəhidlərimizə və qazilərimizə borcluyuq. Həyata keçirəcəyimiz təbliğatımızla şərəfli tariximizi və bu tarixin qəhrəmanlarını uşaq və gənclərimizin qan yaddaşına yazılmasına nail olmalıyıq.

Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon ərazi təşkilatının sədri Azər Quliyev və şəhid atası Ceyhun Kərimli də mərd oğul və qızlarımızın müharibədə göstərdikləri qəhrəmanlıqdan söhbət açdılar, şəhidlərin xatirəsinin müqəddəs olduğu­nu qeyd etdilər.

Tədbirin sonunda müsabiqədəyə qatılmış 1000-ə yaxın iştirakçı tələbə arasından seçilmiş 45 nəfər qalibə diplom və “Xarıbülbül” döş nişanı təqdim olundu.

Ə.BƏDƏLOV, “Xalq qəzeti”

28 Sentyabr 2021 00:55 - SİYASƏT
SİYASƏT
17 Oktyabr 2021 | 00:53
Tariximizin şanlı səhifəsi

Köhnə versiyamızdan xəbərləri izlə