Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Səhiyyə işçiləri Anım Gününü qeyd etdilər

Şəhid ailələrinə qayğı və diqqət davamlı olacaq

27 Sentyabr Anım Gününün ölkənin bütün rayon və şəhərlərində, idarə və müəssisələrdə, hökumət və qeyri – hökumət təşkilatlarında qeyd edilməsi üçün çoxsaylı tədbirlər təşkil edilib. Sabunçu rayonundakı 22 saylı şəhər poliklinikasında da Anım Günü ilə əlaqədar tədbir keçirilib. Baş həkim Aydın Əhmədov, poliklinikanın həkim və tibb işçilərinin iştirakı ilə keçirilən tədbirdə 2020-ci il 27 sentyabr – Azərbaycan Ordusunun Ermənistanın təxribatına qarşı əks-hücuma keçdiyi ilk gün xatırlanıb.

Baş həkimin təklifi ilə öncə Vətən müharibəsində canlarını fəda edib şəhidlik zirvəsinə yüksələnlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Aydın Əhmədov çıxış edərək, öncə I Qarabağ savaşın­dan, 90-cı illərdə ölkədə baş verən hadisələrdən söz açaraq, o günlərin şahidi olduğunu bildirib. Deyb ki, ata – baba torpaqlarımıza göz dikən ermənilərin əbədi arzusu Qarabağı viran etmək olub ki, onu da xaricdə yaşayan havadarlarının dəstəyi ilə həyata keçirdilər:

– İşğal dövründə ermənilərin tarixi Azərbaycan torpaqlarında abidələrimizə, mənəvi dəyərlərimizə vurduğu zərbə saymaqla bitməz. Abad şəhər, rayon və kəndlərimiz viran edilib, bulaqlar qurudulub, qəbiristanlıqlar dağıdılıb, bir sözlə, daş-daş üstə qalmayıb. Ötən 30 ildə qarabağlılar köçkün olub, Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıblar.

Bu gün qələbəyə, zəfərə gedən tarixin ilk gününün ildönümüdür. Azərbaycanın işğal altında qa­lan torpaqları 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi və ordumuzun gücü ilə azad edilib. Dövlət başçısının ötən müddətdə apardığı siyasət nəticəsində indi Qarabağda abadlıq, tikinti – quruculuq işlərinə başlanıb. Zəfər yolu çəkilib, Füzulidə hava limanı açılıb. İşğaldan azad edilən torpaqlarımızda indi həyat qaynayır. Torpaq öz sahibinin isti nəfəsi ilə oyanır, Qarabağ dirçəlir. Onun sabahı əvvəlkindən daha gözəl olacaq.

Baş həkim Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci – vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlikləri ilə şəhidlərə dövlət səviyyəsində verilən yüksək dəyərdən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb. Bu qayğının ölkənin bütün bölgələrində daim nəzarətdə və diqqətdə saxlanıl­dığını və mütəmadi davam etdirildiyini vurğulayıb. Vətən torpağının azad edilməsi yolunda ən ali məqama – şəhidlik zirvəsinə yüksələnlərə Allah­dan rəhmət, ailələrinə səbir diləyib.

Həkim Badamxanım Mirzəyeva bu anım gününün hər birimiz üçün böyük qədirbilənlik borcu olduğu­nu dedi:

– Şəhidlər bizim baş tacımızdır. Onlar illərlə əsarətdə qalan torpaqla­rımızı – cənnət Qarabağımızı işğal­dan qanları, canları bahasına azad ediblər. Fəxr edirik ki, azadlıq yolun­da tökülən qanlar hədər getmədi. Qarabağ azadlığa qovuşdu. Qələbə yolunda canlarından keçən şəhidlərin ailələri dövlətə, bizə əmanətdir. Onla­ra daha həssas yanaşmaq bizim öncə insanlıq, sonra vəzifə borcumuzdur. İmkanımız, gücümüz daxilində belə ailələrin yanında olmağa çalışırıq. Şəhidlərin haqqı ödənilməz.

Həkim İradə Əzizova anım günü tədbirində ürək sözlərini belə bölüşdü:

– Vətən müharibəsi şəhidləri heç vaxt unudulmayacaq. Onlar bizə, övladlarımıza işğaldan azad etdikləri azad Qarabağı miras qoydular. Mən ötən ilin bu günlərini yaxşı xatırlayı­ram. Gənclərin necə ruh yüksəkliyi ilə, inamla cəbhəyə getdiklərini unut­muram. Onlar elə həvəslə gedirdilər ki, sanki toya – bayrama gedirlər. Bu yolda şəhid olanlarımız da oldu, qazilərimiz də. Ali Baş Komandanın rəhbərliyi, ordumuzun qətiyyəti ilə cəmi 44 gün ərzində Qələbə qazan­dıq. Qələbə qurbansız olmur. Biz öm­rümüz boyu şəhid ailələrinin, qazilərin xidmətində dursaq da, onların haqqını ödəyə bilmərik. Bu anım günündə əminliklə deyirəm ki, şəhid ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşma­lıyıq və bu qayğı həmişə, davamlı olmalıdır və olacaq. Şəhidlərin ruhları şad olsun.

Tədbir iştirakçıları toplantının sonunda Vətən fədailərinin ruhları­na dualar oxuyub, onlara Allahdan rəhmət diləyiblər!

Zərifə BƏŞİRQIZI,

 “Xalq qəzeti”

28 Sentyabr 2021 00:55 - SƏHİYYƏ
SƏHİYYƏ
15 Oktyabr 2021 | 00:26
Rusiyada maksimal yoluxma

Köhnə versiyamızdan xəbərləri izlə