Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət Sərhəd Xidmətində anım tədbiri

 

 

Sentyabrın 27-də Dövlət Sərhəd Xidmətində (DSX) müqəddəs torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, üçrəngli Zəfər bayrağımızı azad edilən torpaqlarda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə əbədi ehtiramın ifadəsi olan Anım Günü münasibətilə tədbir keçirilib.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, Dövlət Him­nimizin səsləndirilməsi ilə başlayan tədbirdə “Azərbaycan Respublika­sında Anım Gününün təsis edilməsi haqqında” Azərbaycan Prezidentinin Sərəncamı şəxsi heyətə çatdırılıb.

Saat 12:00-da Vətən müharibəsində həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

DSX-nin rəisi general-polkovnik Elçin Quliyev çıxış edərək tariximizin ən böyük sərkərdəsi, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yum­ruq” əməliyyatı nəticəsində 30 illik işğala son qoyularaq ərazi bütövlü­yümüzün bərpa olunduğunu, 44 gün davam edən Vətən müharibəsinin Azərbaycan Respublikasının Ermənistan üzərində parlaq Qələbəsi ilə başa çatdığını, tarixi Zəfərimizin təmin edildiyini vurğulayıb.

Vətən müharibəsi zamanı Dövlət Sərhəd Xidmətinin qarşı­sında Müzəffər Ali Baş Komanda­nımız tərəfindən qoyulmuş döyüş tapşırıqlarının uğurla icra olundu­ğu, Azərbaycan sərhədçilərinin qəhrəmanlıq və şücaət göstərmələri qeyd olunub.

Torpaqlarımızın azad edilməsi uğrunda haqq savaşında Silahlı Qüvvələrimizin, o cümlədən DSX-nin heyəti arasında şəhadət zirvəsinə ucalan, yaralananların olması qeyd edilib, bizlərə Qələbə sevincini ya­şatmış şəhidlərimizin fədakarlığının yaddaşlardan heç bir zaman silinməyəcəyi, axıtdıqları qanları ilə müqəddəs torpaqlarımızı Vətənə qovuşduran qəhrəmanlarımızın əziz xatirələrinin hər zaman rəhmətlə və ehtiramla yad ediləcəyi, on­ların gələcək nəsillərə qoyduğu qəhrəmanlıq mirasını qədirbilən xalqı­mızın daim uca tutacağı vurğulanıb.

Şəhidlərin xatirələrinin əbədiləşdirilməsi, onların ailələrinin və qazilərin sosial müdafiəsinin dövlət siyasətinin əsas istiqamətlərindən olduğu bildirilib, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə Anım və Zəfər günlərinin, xüsusi orden, medal və fəxri adların təsis edildiyi qeyd edilib.

Vətən müharibəsində işğal­çı düşmən qüvvələrinə qarşı fədakarlıqla döyüşən sərhədçilərin bu gündə səngərdə və sərhəddə böyük əzmlə xidmət apardıqları, ərazi bütövlüyü bərpa edilmiş ölkəmizin bütün hüdudları boyunca dövlət sərhədlərinin toxunulmazlığının qətiyyətlə təmin olunacağı, milli maraqlarımızın ən yüksək səviyyədə müdafiə ediləcəyi ifadə olunub.

Tədbirin sonunda DSX-nin şəxsi heyəti Vətən müharibəsinə həsr olun­muş “44 gün 44 an” sənədli filmini izləyib.

28 Sentyabr 2021 00:50 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə