Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda son sutkada 558 nəfər COVID-19-a yoluxub, 19 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 558 yeni yoluxma faktı qeydə alınıb, 1241 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Xalq qəzeti"nə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 481401 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 452968 nəfər müalicə olunaraq sağalıb, 6476 nəfər vəfat edib, aktiv xəstə sayı 21957 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6684, ötən müddət ərzində isə ümumilikdə 4830338 test aparılıb.

27 Sentyabr 2021 18:47 - SƏHİYYƏ
SƏHİYYƏ
15 Oktyabr 2021 | 00:26
Rusiyada maksimal yoluxma

Köhnə versiyamızdan xəbərləri izlə