Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FHN-in Aran Regional Mərkəzi mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzi tərəfindən “Mingəçevir SES silsiləsi” MMC-də “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqi keçirilib.

Nazirlikdən "Xalq qəzeti"nə verilən məlumata görə, məşqdə Aran Regional Mərkəzinin Mülki müdafiə idarəsinin əməkdaşları, “Mingəçevir SES silsiləsi” MMC-nin rəhbərliyi, Mülki Müdafiə Qərargahı və mülki müdafiə qüvvələrinin komandir-rəis heyəti iştirak edib.

Məşqin keçirilməsində əsas məqsəd rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələr zamanı hazırlıq səviyyəsinin yoxlanılması və bu sahədə biliklərinin təkmilləşdirilməsi olub.

Məşq zamanı “fövqəladə hadisə” üzrə şərti olaraq verilmiş siqnallar əsasında iş xəritələrinin hazırlanması, qüvvələrin idarə edilməsi, düzgün qərarvermə bacarıqları qiymətləndirilib.

Sonda məşqin təhlili aparılaraq, şərti olaraq verilmiş siqnallar üzrə görülmüş işlər barədə məruzələr dinlənilib və bu istiqamətdə tövsiyələr verilib.

25 Sentyabr 2021 12:16 -

Köhnə versiyamızdan xəbərləri izlə