Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kiyevdə Azərbaycan və Qırğızıstan diasporlarının görüşü keçirilib

Ukrayna Azərbaycanlıları Radasının (UAR) Kiyev şəhərindəki mərkəzi ofisində bu ölkədə fəaliyyət göstərən qırğız diasporunun nümayəndələri ilə görüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Xalq qəzeti"nə bildiriblər ki, görüşdə UAR baş katibi Ceyhun Məmmədov, Qırğızıstan Ticarət və Sənaye Palatasının Ukrayna, Rumıniya, Bolqarıstan və Moldova Respublikasındakı nümayəndəsi Azamat İsmayılov, qırğız diasporunun rəhbəri Şerali Janaliev və "Amin Trading" şirkətinin qurucusu Suyunbek Mirzakanov iştirak ediblər.

Danışıqlar zamanı diasporlararası əlaqələrin gücləndirilməsi və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, “Fikirdə, sözdə və işdə birlik” ideyası ətrafında türkdilli ölkələrin diasporlarının bir araya gəlməsinin, diaspor quruculuğu sahəsindəki təcrübə və imkanlar mübadiləsinin vacib olduğu vurğulanıb.

“Türk Şurası çərçivəsində əməkdaşlığımızı artırmalı, layihələr həyata keçirməli və bu sahədə digər ölkələrə nümunə olmalıyıq”, - deyə A.İsmayılov vurğulayıb.

Azərbaycanın Zəfəri ilə bitən İkinci Qarabağ müharibəsinin ildönümünün yaxınlaşdığını diqqətə çatdıran C.Məmmədov qonaqları sentyabrın 27-də UAR-ın ofisində təşkil olunacaq fotosərgiyə dəvət edib.

25 Sentyabr 2021 11:59 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə