Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiyada yeni antirekord

 

 

Son sutka ərzində Rusiyanın 85 regionunda 21 min 379 nəfər koronavirus infeksiyasına yoluxub. 15 min 828 nəfər sağalıb, 828 nəfər vəfat edib.

 

Rusiya Federal Operativ Qərargahının məlumatına görə, ölkədə yeni antirekord ölüm qeydə alınıb. Ölkənin 36 regio­nunda COVID-19 virusu sürətlə yayılır.

Son 24 saat ərzində ən çox yoluxma paytaxt Moskvada (2893 nəfər), Sankt-Peterburq şəhərində (1874 ) və Moskva vilayətində (1008 nəfər ) qeydə alınıb.

Pandemiya başlanandan indiyədək Rusiyada 7 milyon 376 min 374 nəfər koronavirus infeksiyasına yoluxub, 6 milyon 574 min 608 nəfər isə sağalıb.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

25 Sentyabr 2021 02:59 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
26 Oktyabr 2021 | 00:51
142 ton humanitar yardım

Köhnə versiyamızdan xəbərləri izlə