Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kosmosda və kiberməkanda əməkdaşlıq

NHK “World” telekanalının yaydığı məlumata görə, Dördtərəfli Təhlükəsizlik Dialoqunun (QUAD) iştirakçısı olan ölkələrin – Yaponiya, ABŞ, Hin­distan və Avstraliyanın liderləri bu gün Vaşinqtonda keçiriləcək sammitdə kosmosda və kiberməkanda əməkdaşlıq barədə müzakirələr aparacaqlar.

 

Mənbə qeyd edir ki, bu barədə liderlərin qəbul edəcəyi birgə bəyanatın layihəsində bildirilir.

Məlumat üçün deyək ki, sənəddə tərəflərin, xüsusən, iqlim dəyişmələri ilə əlaqədar Hind–Sakit okean regionunda təbii fəlakətlərin proqnozlaşdırılması üçün süni peyk məlumatlarının mübadiləsinin təşkilini planlaşdırdıqları qeyd edilir. Razılaşmanın kəşfiyyat xarakterli süni peyklərdən alınan məlumatları əhatə etməyəcəyi vurğulanır. Bundan əlavə, tərəflərin Aydan və kosmik məkandan istifadənin beynəlxalq tədqiqi üzrə qaydaları hazırlamaq niyyətində olduqları bildirilir.

Qeyd edək ki, layihədə QUAD ölkələrinin şübhəli gəmilərin hərəkəti barədə informasiyaların qarşılıqlı mübadiləsini gücləndirmək istədikləri də qeyd edilib. Həmçinin tərəflərin kiberhü­cumlara qarşı əməkdaşlıq, 5G texnologiyaları da daxil olmaqla rəqəmsal infrastruk­turun inkişafına nail olmaq kimi niyyətləri də əksini tapıb.

Xatırladaq ki, Dördtərəfli Təhlükəsizlik Dialoquna 2007-ci ildə start verilib. Vaşinqton, Tokio, Dehli və Kanberranı birləşdirən bu mexanizm Asiya–Sakit okean regionunda qarşı­lıqlı əməkdaşlığı nəzərdə tutur. Həmin ölkələrin xarici işlər nazirlərinin ilk görüşü 2019-cu ilin sentyabrında Nyu-Yorkda keçirilib. Cari ildə isə bu ölkələrin liderlərinin ilk virtual sammiti təşkil edilib.

Rövşən TOĞRUL, “Xalq qəzeti”

25 Sentyabr 2021 02:57 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə