Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mövlud Çavuşoğlu və Jozef Borrel arasında görüş

 

 

Avropa İttifaqı ilə Türkiyə Respublikası arasında əməkdaşlıq beynəlxalq və regional sabitliyin təminatı üçün vacib şərtdir. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali komissarı Jozef Borrellə Nyu-Yorkda keçirdi­yi görüşün yekunları ilə bağlı bildirib.

“Anadolu” agentliyinin veridiyi məlumata görə, Çavuşoğlu deyib: “Biz cənab Borrellə görüşdə Əfqanıstan, Şərqi Aralıq dənizi və Türkiyə ilə Avropa İttifaqı arasında münasibətləri müzakirə etdik. Avropa İttifaqı Ankara ilə beynəlxalq və regional sabitlik naminə əməkdaşlıq etməlidir”.

Çavuşoğlu əlavə edib ki, BMT Baş Assambleyasının 76-cı iclası çərçivəsində Nyu- Yorkda Anqola və Nigerin xarici işlər nazirləri ilə də görüşlər keçirib. Türkiyənin XİN başçısı, bundan əlavə, İslam Əməkdaşlıq Təşkilatının Cammu və Kəşmir üzrə Təmas qrupu­nun iclasında da iştirak edib. Müzakirələrdə çıxış edən türkiyəli nazir qeyd edib ki, rəsmi Ankara Kəşmir xalqı ilə həmrəyliyini bundan sonra da davam etdirəcək.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali komissarı Jozef Bor­rel isə Türkiyənin XİN başçısı ilə keçirdiyi görüşdən sonra bəyan edib ki, Ankara ilə sıx əməkdaşlıq və problemlərlə bağlı qarşılıqlı koordinasiya təmsil etdiyi təşkilatla Türkiyə arasında münasibətlərin əsasını təşkil edir.

Avropa İttifaqı diploma­tiyasının başçısı qeyd edib: “Çavuşoğlunu BMT Baş Assambleyasının tədbirində görmək olduqca xoş idi”.

Avropalı siyasətçi də təsdiq edib ki, Türkiyənin xarici işlər naziri ilə Ankara və Brüssel arasında münasibətlərin hazırkı duru­mu və perspektivləri, eləcə də, Kipr problemi, Şərqi Aralıq dənizində vəziyyət və Əfqanıstan kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Onun sözlərinə görə, “Türkiyə ilə sıx əməkdaşlıq və koordinasiya ikitərəfli münasibətlərdə əsas faktordur”.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

25 Sentyabr 2021 02:56 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə