Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pakistan, Rusiya və Çin Talibanı inklüziv hökumət qurmağa çağırıb

Pakistan, Rusiya və Çin nümayəndələri Kabildə Əfqanıstan hökuməti rəhbərinin səlahiyyətlərini icra edən şəxslə görüşərək, inklüziv, yəni əhatəli bir hökumətin qurulmasının arzuolunan olduğunu bəyan ediblər. Bu barədə “Amerikanın səsi” radiosu məlumat yayıb.

“Pakistanın Əfqanıstan üzrə xüsusi elçisi Sadiq Xan, Rusiyadan Zamir Kabulov və Çindən Yue Sianyun paytaxt Kabili ziyarət edərək Əfqanıstanın Baş naziri vəzifəsini icra edən M. Həsən Axundu və digər rəsmilər ilə sülh, sabitlik və əhatəli idarəetmə məsələləri üzrə müzakirələr aparıblar”. Bu sözləri Pakistanın Kabildakı səfiri Mənsur Əhməd Xan öz “tvitter” səhifəsində yazıb.

Siyasi təhlilçilər qeyd edirlər ki, inklüziv Taliban hökumətinin qurulma­sı hazırda Əfqanıstanın bütün qonşularının və beynəlxalq ictimaiyyətin əsas tələblərindən biri­dir. Qeyd edək ki, ötən həftə Düşənbədə Şan­xay Əməkdaşlıq Təşkilatı çərçivəsində keçirilən danı­şıqlardan sonra Rusiya, Çin, Pakistan və İranın xarici işlər nazirləri “Əfqanıstanda milli barışığın vacib və ölkədəki bütün etno-siyasi qüvvələrin maraqlarını nəzərə alaraq, əhatəli bir hökumət yaradıl­malı” olduğunu bildiriblər. Lakin inklüzivlik və qadın haqlarının qorunması ilə bağlı vədlərinə baxmayaraq, Talibanın qurduğu Nazirlər Kabinetində milli azlıqlar çox az təmsil olunublar, qadınlar isə hökumətin tərkibində, ümumiyyətlə, yer almayıb.

Pakistanın Baş naziri İmran Xan bu günlərdə BBC-yə verdiyi müsahibədə bunun gələcəkdə Tali­ban üçün problem yarada biləcəyini deyib. “Əgər bütün fraksiyaları daxil etməsələr, gec-tez vətəndaş müharibəsi başlayacaq. Bu, qeyri-sa­bit, xaotik bir Əfqanıstan və terrorçular üçün ideal bir yer deməkdir. Bu, narahatlıq yaradır”, – deyə İmran Xan bildirib.

Əfqanıstan hökumətinin sözçüsü Zabiullah Mücahid Talibanın Nazirlər Kabine­tinin tərkibini müdafiə edib və bununla bərabər tərkibin bundan sonra dəyişdirilə biləcək bir struktur olduğunu deyib. Talibanın digər başçı­ları inklüziv hökumət fikrinə qarşı olduqlarını bildiriblər.

Taliban lideri Məhəmməd Mobin bazar günü Əfqanıstanın yerli “Ariana TV” telekanalına verdiyi açıq­lamasında “heç kəsə inklüziv bir hökumət qurmaq çağırışı etmək haqqını vermirik” deyib və əlavə edib ki bu, Ta­libandan qonşu ölkələrin ca­suslarını hökumətin tərkibinə daxil etmələrini istəmələrinə bərabərdir.

M.HACIXANLI, “Xalq qəzeti”

25 Sentyabr 2021 02:54 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
27 Oktyabr 2021 | 06:14
600 milyon avro kredit
27 Oktyabr 2021 | 05:43
Yeni paytaxt salınır
27 Oktyabr 2021 | 05:02
“Facebook”un gəliri artıb
27 Oktyabr 2021 | 04:09
Sabiq prezident vəfat edib

Köhnə versiyamızdan xəbərləri izlə