Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi TENDER ELAN EDİR

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, yerli vergi qanunvericiliyi, o cümlədən həmin standartlara uyğun olaraq mühasibat uçotunun aparılması qaydaları əsasında mühasibat uçotunun aparılması, habelə maliyyə, vergi və digər hesabatların tərtibi üzrə mühasibat uçotu subyektləri üçün proqram təminatının birinci mərhələsinin (proqram təminatının əsas funksional modullar sisteminin hazırlanması, sistemin arxitekturasının yaradılması və serverlərin sazlanması) hazırlanması məqsədilə

TENDER ELAN EDİR

 

Tender keçirən- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

Ünvan- Bakı şəhəri, AZ 1022, S. Vurğun küçəsi 135.

1. Açıq tenderə- Kiçik və Orta Sahibkar­lıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, yerli vergi qanunve­riciliyi, o cümlədən həmin standartlara uyğun olaraq mühasibat uçotunun aparılması qayda­ları əsasında mühasibat uçotunun aparılması, habelə maliyyə, vergi və digər hesabatların tərtibi üzrə mühasibat uçotu subyektləri üçün proqram təminatının birinci mərhələsinin (proq­ram təminatının əsas funksional modullar sis­teminin hazırlanması, sistemin arxitekturasının yaradılması və serverlərin sazlanması) hazırlan­ması təklif olunur.

2. Tender proseduru 2021-ci il oktyabrın 26-sı saat 11.00-da Azərbaycan Respublikası Maliyyə Nazirliyinin konfrans zalında (III mərtəbə, 338-ci otaq) keçiriləcəkdir.

3. Tenderdə iştirak üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər.

3.1. Tenderdə iştirak etmək üçün ərizə.

3.2. İştirak haqqının ödənilməsi barədə bank sənədi (ödəniş qəbzi).

3.3. İddiaçının tam adı, ünvanı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri.

3.4. İddiaçının texniki-istehsalat (işinin əsas istiqamətləri) fəaliyyəti barədə məlumat və ana­loji iş təcrübəsini təsdiq edən sənədlər.

3.5. Təklifin dəyərinin 1(bir) faizi həcmində bank təminatı.

3.6. İddiaçının son bir il ərzində maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış.

3.7. İddiaçının son bir il ərzində fəaliyyəti barədə vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.

3.8. Vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin vergi məcəlləsi ilə müəyyən edil­miş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında vergi orqanlarından arayış.

3.9. Tenderin əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər.

4. İddiaçılar tenderdə iştirak üçün sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2021-ci il oktyabrın 14-ü saat 11.00-a, tender təklifi və bank təminatını isə 2021-ci il oktyabrın 25-i saat 11.00-dək Azərbaycan Respublika­sı Maliyyə Nazirliyinin uçot siyasəti şöbəsinə təqdim etməlidirlər.

5. Proqram təminatının hazırlanması və tətbiqi sahəsində azı beş il iş təcrübəsi, peşəkarlığı, idarəetmə səriştəsi, texniki və maliyyə imkanları olan, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyənləşdirilmiş şərtlərə əməl edən iddi­açılar tenderdə iştirak edə bilərlər. Vasitəçilik fəaliyyətini həyata keçirən və maddi -texniki ba­zası (öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı) olmayan müəssisələr tenderdə iştirak edə bilməzlər.

6. İddiaçının yazılı şəkildə hazırladığı tender təklifi iki zərfə qoyulmalı və hər iki zərf iddiaçı tərəfindən imzalanıb möhürlənməlidir.

7. İddiaçı tender təklifində tender predmetini səciyyələndirən bütün parametrləri, o cümlədən işin icrasının texniki cəhətlərini, icra müddətini, dəyərini, hesablaşma formasını və işin icra yeri barədə məlumatları tender komissiyasına təqdim etməlidir.

8. Tenderdə iştirak etmək istəyən iddiaçılar Maliyyə Nazirliyinə müraciətdən və tenderdə iştirak üçün 1500 (bir min beş yüz) manat ödədikdən sonra tenderin əsas şərtlər toplusu­nu ala bilərlər. İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tenderdə iştirak haqqı bu hesaba köçürülməlidir:

VÖEN -1400108191

Ünvan- Bakı şəhəri, S. Vurğun küçəsi 135.

BANK- Dövlət Xəzinədarlığı Agentliyi

Kod- 210005

M/h- AZ41NABZ01360100000000003944

VÖEN - 1401555071

S.W.İ.F.T. BİK- CTREAZ22

Maliyyə Nazirliyi kitab- 002527-2108571

Hh-AZ83CTRE00000000000002108571

Büdcə səviyyəsinin kodu-7

Büdcə təsnifatının kodu- 142330

9. Tender təklifinin qəbulu və əlavə məlumat almaq üçün əlaqələndirici şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin uçot siyasəti şöbəsinin baş məsləhətçisi Arif Şixəliyevdir. Əlavə məlumat almaq üçün 13 sentyabr 2021-ci il saat 10.00-dan 25 oktyabr 2021-ci il saat 17.00-dək müraciət etmək olar (fasilə saat 13.00-dan 14.00-dək).

Əlaqə telefonu- 012 -404- 46- 99 (519), (faks) 012- 404- 47- 21.

e-mail [email protected]

10. Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində tərtib olunmuş, rus və ingilis dillərinə tərcümə edilmişdir.

11. Tender “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçirilir.

Tender komissiyası

25 Sentyabr 2021 02:34 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
27 Oktyabr 2021 | 02:55
BİLDİRİŞ
26 Oktyabr 2021 | 00:41
BİLDİRİŞ
26 Oktyabr 2021 | 00:39
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə