Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağdamda törədilən vandalizm aktları insan hüquqlarının, eləcə də gələcək nəslin hüquqlarının pozulması deməkdir

 

 

Biz Ağdamda faktaraşdırıcı missiya həyata keçiririk. Burada vandalizmin izlərini görürük: viran qoyulmuş yaşayış yerləri, dağıdılmış kəndlər, tarixi-dini abidələr...

Bunu Ağdamda AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasın­da İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədri Saeed Mohamed Abdulla Omair Alghfeli deyib.

“Biz burada nəinki evlərin, tarixi, dini, hətta mədəni obyektlərin dağıdıldığını, onlara qarşı vandalizm aktlarının da şahidi olduq. Bütün bunlar insan hüquqlarının, eləcə də gələcək nəslin hüquq­larının pozulması deməkdir. Bu abidələrin bərpası çox uzun vaxt tələb edir. Nəzərə alsaq ki, burada hər yer minalanıb, bu proses daha da uzun çəkə bilər. Biz bu faktların hamısını hesabatımızda qeydə alaraq müvafiq beynəlxalq qurumlara göndərəcəyik ki, bununla bağlı lazımi addımlar atsınlar və cinayətkarlar hüquq qarşısında cavab versinlər”, – deyə o bildirib.

25 Sentyabr 2021 02:30 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə