Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanın təşəbbüsü ilə minaların insan hüquqlarına təsiri mövzusunda birgə bəyanat səsləndirilib

 

 

BMT-nin İnsan Hüquqları Şu­rasının (İHŞ) davam edən 48-ci sessiyası çərçivəsində sentyab­rın 24-də Şuranın gündəliyinin 4-cü bəndi (İHŞ-nin diqqətini tələb edən vəziyyətlər) üzrə ümumi müzakirələr zamanı Azərbaycanın təşəbbüsü və BMT-nin dünyanın müxtəlif regionla­rından olan 27 üzv dövlətinin həmmüəllifliyi ilə minaların insan hüquqla­rına təsiri mövzusunda birgə bəyanat səsləndirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, İHŞ çərçivəsində bu mövzuda ilk dəfədir səsləndirilən bəyanatda piyada əleyhinə minaların insan hüquqla­rına, o cümlədən yaşayış, sağlam­lıq, təhlükəsizlik və sosial-iqtisadi hüquqlara mənfi təsiri mövzusuna toxunulur, dövlətlər minalardan təmizləmə sahəsində əməkdaşlığa, həmçinin təcrübə və məlumat mübadiləsinə dəvət olunur.

Bəyanatda, həmçinin BMT və onun ixtisaslaşmış qurumları və digər dövlətlər minalardan zərər çəkmiş dövlətlərə dəstək olmağa çağırılır.

25 Sentyabr 2021 02:28 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə