Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 277 Bakı şəhəri, 23 sentyabr 2021-ci il

Azərbaycan Milli Elmlər Akademi­yasının Arxeologiya və Etnoqrafiya İnstitutunun adının dəyişdirilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 noyabr tarixli 363 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiya­sının strukturu”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Milli Elmlər Akademiyasının təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Milli Elmlər Akademiya­sının Arxeologiya və Etnoqrafiya İnstitutu Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu adlandırılsın.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 noyabr tarixli 363 nömrəli Qərarı (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2015, № 11, maddə 1426; 2016, № 7, maddələr 1356, 1359; 2017, № 1, maddə 127; 2020, № 10, maddə 1263) ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının strukturu”nun 2.27-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“2.27. Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu;”.

3. Azərbaycan Milli Elmlər Akademiya­sı bu Qərardan irəli gələn məsələləri həll etsin.

Əli ƏSƏDOV             

   Azərbaycan Respublikasının Baş naziri

 

25 Sentyabr 2021 02:11 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə