Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 276                       Bakı şəhəri, 22 sentyabr 2021-ci il

“Xüsusi ehtiyat fondlarının yaradıl­masına aid edilən məbləğlərin vergitut­ma məqsədləri üçün gəlirdən çıxılması Qaydası”nın təsdiq edilməsi barədə

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanu­nunun tətbiqi və “Azərbaycan Respubli­kası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respub­likası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respub­likası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 414 nömrəli Fərmanının 1.1.13-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Xüsusi ehtiyat fondlarının yaradıl­masına aid edilən məbləğlərin vergitut­ma məqsədləri üçün gəlirdən çıxılması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarla təsdiq edilmiş Qaydanın 2.4.2-ci yarımbəndi 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

Əli ƏSƏDOV

 Azərbaycan Respublikasının Baş naziri

25 Sentyabr 2021 02:11 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə