Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AMEA-nın professoru: Arxeologiya və Etnoqrafiya İnstitutunun adına antropologiya istiqamətinin əlavə olunması tədqiqatların genişləndirilməsinə imkanlar yaradacaq

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdindəki Antropologiya Mərkəzinin rəhbəri, antropologiya elmləri doktoru, professor Əliağa Məmmədli Arxeologiya və Etnoqrafiya İnstitutunun adının dəyişdirilərək Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu adlandırılmasını mühüm hadisə kimi qiymətləndirib.

Ə.Məmmədli institutun adına antropologiya istiqamətinin əlavə olunmasını bu elm sahəsinə verilən dəyərin göstəricisi olduğunu vurğulayıb: “Bu qərar Azərbaycanda antropologiya elminin inkişafına öz müsbət təsirini göstərəcək. Ümid edirəm ki, ölkəmizdə antropologiya elminə diqqət daha da arıtırlacaq, bu istiqamətdə tədqiqatların genişləndirilməsi üçün imkanlar yaradılacaq”.

Bu qərarın antropologiya elminin inkişaf etdirilməsi baxımından Azərbaycan antropoloqları qarşısında da mühüm vəzifələr qoyduğunu deyən Ə.Məmmədli əlavə edib ki, ölkə antropoloqları bu sahənin inkişafı üçün səylərini birləşdirməyə hazırdır.

Qabil YUSİFOĞLU, “Xalq qəzeti”

 

 

24 Sentyabr 2021 16:20 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə