Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəhidlərimizin tanıdılması məqsədilə hərbi hissələrdə tədbirlər keçirilir

Azad edilən ərazilərdə yerləşən hərbi hissələrdə Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə tədbirlər keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Xalq qəzeti"nə bildiriblər ki, tədbirlərin məqsədi Vətən müharibəsində canından keçən şəhidlərimizin, eləcə də döyüşlərdə iştirak edən igid Azərbaycan övladlarının tanınması və tanıdılması, xatirələrinin ehtiramla yad olunmasıdır.

Görüşlər zamanı ehtiyatda olan hərbi qulluqçular şəhid və yaralı döyüş yoldaşları haqqında xatirələrini bölüşüblər.

Tədbirlərdə tarixi Qələbə haqqında viktorina keçirilib və qaliblərə xatirə hədiyyələri təqdim edilib.

Sonda şəxsi heyətə Vətən müharibəsinə həsr olunmuş sənədli film nümayiş etdirilib və "Əsgər məktubu" layihəsi çərçivəsində hərbi qulluqçular doğmalarına məktublar yazıblar.

24 Sentyabr 2021 15:47 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə