Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Rusiya Federasiyasında və Qazaxıstan Respublikasında təmsilçilik xidmətlərinin satın alınması üçün TƏKLİFLƏR SORĞUSU ELAN EDİR

 

Təkliflər sorğusunda təcrübəsi olan və ixtisaslı işçi heyətinə malik rezident və qeyri-rezident hüquqi şəxs, yaxud yeni hüquqi şəxs yaratmadan hüquqi şəxslər birliyi (konsorsium da daxil olmaqla) iştirak edə bilər.

İddiaçılar təkliflər sorğusunda işti­rak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- təkliflər sorğusunda iştirak etmək üçün yazılı müraciət;

- təklifin qüvvədə olma müddəti zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü təşkil etməlidir;

- təklif dəyərinin 1 (bir) faizi həcmində bank təminatı (qiymət təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

- vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış;

- iddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında dövlət orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı;

- məhkumluq barədə arayış;

- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının ilkin qeydiyyat sənədlərinin və onlara edilmiş əlavə və düzəlişlərin müvafiq qaydada təsdiqlənmiş surətləri (iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsinin qeydiyyatdan keçdiyi ölkə və əsas fəaliyyət yeri göstərilməklə) və rekvizitləri;

- təkliflər sorğusuna aid təklifi və satınalma müqaviləsini imzala­maq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

- iddiaçının son 3 (üç) il ərzində oxşar işlər üzrə iş təcrübəsini təsdiqləyən sənədlər;

- peşəkar işçi heyəti (CV);

- mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektinə aid olması barədə sənəd;

- digər sənədlər (təkliflər sorğusunun əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər).

İddiaçılar konsorsium yaratmaq­la təkliflər sorğusunda iştirak etmək istəyirlərsə, konsorsium barədə müqavilə, eləcə də konsorsium iştirakçısı olan bütün şirkətlər barədə yuxarıda göstərilən zəruri sənədləri (məlumatları) təqdim etməlidirlər.

İddiaçılar təkliflər sorğusuna aid təkliflərini qapalı, möhürlənib imzalan­mış ikiqat zərflərdə təqdim etməlidirlər. Azərbaycan Respublikasından olan iddiaçıların təkliflər sorğusuna təqdim edəcəkləri bütün sənədlər Azərbaycan Respublikasının dövlət dilində tərtib edilməlidir. Xarici ölkələrdən olan iddia­çılar isə təmsil etdikləri dövlətin dilində hazırladıqları mətnlə birlikdə həmin mətnin Azərbaycan dilinə tərcümə olunmuş nüsxəsini əlavə etməlidirlər. Mətnlər arasında fərq aşkar edilərsə, üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir.

İddiaçılar öz təkliflərini əsas şərtlər toplusunda göstərilən müddəalara uyğun hazırlamalı, təkliflər sorğusunda iştirak üçün sənədləri qapalı, möhürlənib imza­lanmış ikiqat zərflərdə 14 oktyabr 2021-ci il saat 18.00-dək Bakı şəhəri, Nizami küçəsi 96E, Landmark I, 3-cü mərtəbəyə (əlaqələndirici şəxs – Mehman Bayramo­va) təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 15 oktyabr 2021-ci il saat 11.00-da Bakı şəhəri, Nizami küçəsi 96E, Landmark I, 3-cü mərtəbədə açılacaqdır. Zərflər iddiaçıların səlahiyyətli nümayəndələrinin iştirakı ilə onların təqdimolunma ardıcıllığı üzrə açılacaq və təkliflər elan ediləcəkdir.

Tender komissiyası

24 Sentyabr 2021 05:53 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
21 Oktyabr 2021 | 02:09
BİLDİRİŞ
21 Oktyabr 2021 | 02:09
ELAN

Köhnə versiyamızdan xəbərləri izlə