Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün vakansiya seçimi davam edir

Ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün növbəti vakansiya seçimi (ibtidai sinif istisna olmaqla) davam edir.

Təhsil Nazirliyindən "Xalq qəzeti"nə bildirilib ki, vakansiya seçimi sentyabrın 24-ü saat 10:59-da başa çatacaq. Qeyd olunan müddət ərzində namizədlər şəxsi səhifələrinə daxil olaraq 4 vakant yer seçimi edə bilərlər. Cari vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə biləcəklər.

Qeyd ki, vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti turlarda iştirakı təmin olunmayacaq. Eyni zamanda, tutulmayan, tədris ili ərzində yeni yaranan vakant yerlərə isə namizədlərin imtahan nəticəsi və faktiki yaşayış yeri nəzərə alınmaqla əlavə yerləşdirmə həyata keçiriləcək.

23 Sentyabr 2021 12:34 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə