Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC TƏKLİFLƏR SORGUSU ELAN EDİR

1. “Masallı rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər” çərçivəsində Masallı rayonunda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 37 kiçik sututarında zəruri təmir-bərpa işlərinin aparılması.
2. “Astara rayonunda sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri” .
Lot- 1. “Astaraçayın İran İslam Respublikası ilə sərhəd ərazisindən keçən hissəsinin sol sahilində sahilbərkitmə işlərinin aparılması və mövcud mühafizə divarının bərpası” 
Lot- 2. “Siyakuçay, Təngərüdçay və Pensərçay çaylarının rayon ərazisindən keçən hissələrinin sağ və sol sahillərinin sahilbərkitmə işlərinin aparılması” üçün  iddiaçılar hər bir tikinti üçün 200 manat məbləğdə iştirak haqqı ödədikdən sonra əsas şərtlər toplusunu səhmdar cəmiyyətin tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyətindən ala bilərlər. 

Tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır.
Tender təklifi və bank təminatı möhürlənmiş, ikiqat zərfdə Bakı şəhəri, Moskva prospekti, 69a nömrəli ünvana tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyətinə 21 noyabr ­2018-ci il saat 18 .00-а qədər təqdim edilməlidir.
İddiaçıların təklif zərfləri 22 noyabr 2018-ci il saat 15.00-da açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Maraqlanan təşkilatlar 431-08-64 nömrəli telefonla əlaqə saxlaya bilərlər.
Ünvan: Bakı şəhəri, Moskva prospekti, 69a, 3-cü mərtəbə.

Tender komissiyası

13 Noyabr 2018 21:32 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə