Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsi 2021-ci il üçün yanacaq çənlərinin kalibrə (dərəcələnmə) edilərək pasportlaşdırılması xidmətlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

 

 

 

İddiaçılar öz tender təkliflərini bütün zəruri vergi və rüsumlar nəzərə alın­maqla hesablamalıdırlar.

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www. etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haq­qında ətraflı məlumatı əldə etsinlər. İddiaçı qismində ixtisaslı işçi heyətinə malik olan mikro, kiçik və orta sahibkarlıq subyektləri açıq tenderdə iştirak edə bilərlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar 50 manat məbləğdə iştirak haqqını dövlət satınalmalarının vahid internet portalı vasitəsilə köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər (iştirak haqqının ödənilməsi barədə bank sənədi portal və kağız formasında qəbul edilmir).

İştirak haqqı heç bir halda geri qaytarılmır (iştirak haqqı dövlət sa­tınalmalarının vahid internet portalı vasitəsilə ödənilməmişdən əvvəl aşa­ğıda göstərilən rekvizitlərlə tutuşdurul­malıdır).

B1. Benefisiar (alan) bank

Adı -Dövlət Xəzinədarlığı Agentliyi

Kod -210005

VÖEN -1401555071

M/h -AZ41NABZ 01360100000000003944

SWIFT BIK CTREAZ22

B2. Vəsaiti alan müştəri (benefisiar)

Adı-DİN-in Daxili Qoşunlarının Baş İdarəsi

H/h -AZ44CTRE 00000000000002458570

VÖEN -1500426471

D3. Büdcə təsnifatının kodu -142330

D4. Büdcə səviyyəsinin kodu – 7

İddiaçılar tenderdə iştirak üçün aşa­ğıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak etmək üçün bank rekvizitləri, müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrələri, rəhbərinin adı və soyadı göstərilməklə möhürlənib imzalanmış olmalıdır;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olma­lıdır). Bank təminatını təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır;

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;

-iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyəti müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti;

-analoji işlərdə təcrübəsi, iddiaçı­nın potensial texniki və kadr imkanları haqqında rəsmi məlumatlar (malların satınalınmasında təcrübəsi, ixtisas­lı kadr və texniki imkanları və işçi qüvvəsinin olması) sənəddə öz əksini tapmalıdır;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notariusdan təsdiq edilmiş surəti);

-tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (təşkilatın təsisçisinin və ya direktorunun şəxsiyyət vəsiqəsinin surəti);

-satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində cinayətə görə məhkum olunmaması barədə məlumatlar (malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən və ya ASAN xidmət mərkəzlərindən (məhkumluqla bağlı arayış) alır);

-iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Dövlət Statistika Komitəsindən arayış alınır).

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınal­maları haqqında” Azərbaycan Respub­likası Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün sənədləri 13 oktyabr 2021-ci il saat 16.30-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 21 oktyabr 2021-ci il saat 16.30-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıla­rın tender təklifləri 22 oktyabr 2021-ci il saat 16.30-da dövlət satınalmalarının vahid internet portalında açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.

QEYD - tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün pro­sedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

23 Sentyabr 2021 00:04 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
21 Oktyabr 2021 | 02:09
BİLDİRİŞ
21 Oktyabr 2021 | 02:09
ELAN

Köhnə versiyamızdan xəbərləri izlə