Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Birinci səviyyə səhiyyə xidməti” üzrə işçi qrupuna namizədlərlə görüş keçirilib

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Tibbi xidmətlər departamentinin təşkilatçılığı ilə “Birinci səviyyə səhiyyə xidməti” üzrə işçi qrupuna namizədliyi təklif olunmuş şəxslərlə görüş keçirilib.

TƏBİB-in mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, tədbirdə Tibbi Xidmətlər departamentinin rəhbəri Firəngiz Əliyeva, Stasionar tibbi xidmətin təşkili şöbəsinin müdiri Kəmalə Ağayeva, Ailə həkiminin təşkili şöbəsinin məsləhətçisi Nəhmət Rəhmanov, Ana və uşaq sağlamlığının təşkili şöbəsinin baş mütəxəssisi Şəbnəm Şahgəldiyeva, Ailə həkimliyinin təşkili şöbəsi baş mütəxəssis Nərmin Osmanlı, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "PROACT CARE" layihəsinin ilkin səhiyyə xidməti üzrə məsləhətçisi professor Mehmet Akman və layihənin ictimai sağlamlıq üzrə məsləhətçisi Kövsər Vatansevər iştirak ediblər.

Tədbirdə çıxış edənlər dünyanın müxtəlif ölkələrində tətbiq edilən ilkin səhiyyə xidməti modelləri ilə bağlı fikirlərini bölüşüblər.

Daha sonra təqdimatlar ətrafında geniş müzakirələr aparılıb.

22 Sentyabr 2021 17:54 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə