Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FHN: Ötən sutka ərzində 6 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN)üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən "Xalq qəzeti"nə verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 60 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 6 nəfər xilas edilib, həmçinin Bakı şəhərinin Nizami rayonunda mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalma faktı üzrə həyata keçirilən xilasetmə əməliyyatı zamanı 1932-ci il təvəllüdlü Davudov Həmid İbrahim oğlunun meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

22 Sentyabr 2021 10:29 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə