Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Rəqəmsal bacarıqlar” layihəsinə 250 məktəbdən 190 min şagirdin cəlb olunacağı gözlənilir

2021-2022-ci tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi ölkənin 16 şəhər və rayonunu əhatə edəcək.

Bu barədə "Xalq qəzeti"nə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, builki plan üzrə layihəyə 250 məktəbdən 190 min şagirdin cəlb olunacağı gözlənilir. Tədris prosesində ümumi olaraq 1500-dən çox müəllim heyətinin iştirakı nəzərdə tutulub. Layihə şagirdlərin proqramlaşdırma və alqoritmik biliklərinin artırılması ilə yanaşı, məqsədyönlü və məntiqi düşüncə tərzinə malik şəxslər kimi formalaşmasında böyük əhəmiyyət daşıyır.

22 Sentyabr 2021 09:43 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə