Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərin birinci sinfində 49 mindən çox şagird təhsil alacaq

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə 471 min 661 şagird təhsil alacaq.

Bu barədə "Xalq qəzeti"nə BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 49 min 171, IX sinfində 36 min 199, X sinfində 27 min 16, XI sinfində 23 min 707, XII sinfində 176 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Bakıdakı 276 ümumi təhsil müəssisəsində 25 min 189 beşyaşlının məktəbəhazırlığa cəlb olunacağı gözlənilir.

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 28 min 467 müəllim çalışır.

Qeyd edək ki, BŞTİ-nin tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi tipli ümumi orta məktəb, 5 əyani-qiyabi axşam məktəbi və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi olmaqla, cəmi 323 təhsil müəssisəsi fəaliyyət göstərir.

22 Sentyabr 2021 09:27 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə