Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Eta” ştammına yoluxma qeydə alınıb

 

Qazaxıstanın səhiyyə naziri Aleksey Tsoy ölkədə koronavi­rusun “Eta” (Nigeriya) ştammının yayıldı­ğını bildirib. Nazirin sözlərinə görə, ölkədə həmçinin koronaviru­sun “Delta” (Hindistan), “Alpha” (Britaniya), “Uhan” variant­ları da yayılıb.

Qeyd edək ki, “Eta” ştammı 2020-ci ilin dekabr ayında ortaya çıxıb. Bu varianta ilk yoluxma Nigeriya və Britani­yada müəyyən edilib. Ümumdünya Səhiyyə Təşkilatının 15 sentyabr 2021-ci il tarixinə olan məlumatına görə, “Eta” ştammı dünyanın 77 ölkəsində qeydə alınıb.

Xəbəri TASS yayıb.

  Elçin ABBASOV, “Xalq qəzeti”

22 Sentyabr 2021 00:15 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
24 Oktyabr 2021 | 00:01
Hökumətin qərarı

Köhnə versiyamızdan xəbərləri izlə