Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ-da COVID-19 virusundan ölənlər sayca ispan qripindən ölənləri keçib

 

 

ABŞ-ın Con Hopkins Universitetinin məlumatına görə, ölkədə 676 min 75 nəfər koronavirus infeksiyasının qurbanı olub.

 

Mütəxəssislər bildiriblər ki, ABŞ-da COVID–19-dan ölənlərin sayı ispan qripindən ölənlərin sayından çoxdur. 1918-1919-cu illərdə ABŞ-da 675 min nəfər ispan qripindən vəfat edib. Bu epidemiya ABŞ tarixində ən öldürücü virus olub.

Xatırladaq ki, 1918-1920-ci illərdə dünyada 550 milyon nəfər ispan qripinə yoluxub ki, bu da Yer kürəsi əhalisinin 30 faizi demək idi.

Lakin dünyada ispan qripindən ölənlərin sayı dəqiq məlum deyil.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

22 Sentyabr 2021 00:11 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə