Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa Şurasının rəhbəri Aİ-nin müdafiə qabiliyyətini gücləndirməyin zəruriliyini bildirib

 

 

Avropa Şurasının sədri Şarl Mişel jurnalistlərə açıqlamasında bildirib ki, Avstraliyanın sualtı qayıqların yaradılması üçün Fransa ilə müqavilədən imtina etməsi ilə əlaqədar yaranmış vəziyyət fonunda, Avropa İttifaqı (Aİ) öz müdafiə potensialını gücləndirmək üçün daha çox səy göstərməlidir.

Şarl Mişel qeyd edib ki, Avstrali­ya ilə Fransa arasındakı müqaviləyə xitam verilməsi ilə ABŞ Avropadakı müttəfiqlərinə münasibətdə etibarlılıq çatışmazlığı nümayiş etdirdi: "Müttəfiqlər üçün əsas prinsiplər - şəffaflıq və güvəndir, bunlar vəhdətdə olmalıdır. Biz isə nə görürük? Şəffaflığın və etibarlılı­ğın çatışmadığını görürük".

Şarl Mişelin sözlərinə görə, Aİ Fran­sa ilə müqaviləni ləğv etmək qərarının arxasında hansı məqsədlərin dayandığı­nı daha yaxşı anlamalıdır.

“Xalq qəzeti”

22 Sentyabr 2021 00:10 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
26 Oktyabr 2021 | 00:51
142 ton humanitar yardım

Köhnə versiyamızdan xəbərləri izlə