Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 271 Bakı şəhəri, 18 sentyabr 2021-ci il

Azərbaycan Respublikası Nazirlər Kabi­netinin “Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər planı”nın təsdiq edilməsi haqqında” 2004-cü il 12 iyul tarixli 93 nömrəli və “Azərbaycan Respub­likası Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun strukturu, işçilərinin say həddi və əməkhaqqı fondunun təsdiq edilməsi barədə” 2019-cu il 31 yanvar tarixli 29 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 29 dekabr tarixli 239-VIQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1235 nömrəli Fərmanının 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 12 iyul tarixli 93 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2004, № 7, maddə 584; 2008, № 2, maddə 130; 2009, № 11, maddə 936; 2014, № 2, maddə 201; 2016, № 5, maddə 955, № 7, maddə 1343; 2017, № 2, maddə 325, № 5, maddə 984; 2018, № 1, maddə 121; 2019, № 5, maddə 968; 2020, № 9, maddə 1234, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 5 iyun tarixli 161 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər planı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. I bölmənin adında və 1.5-ci bənddə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun” sözləri “Dövlət sosial müdafiə fondunun” sözləri ilə əvəz edilsin;

1.2. 1-ci hissədə “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət So­sial Müdafiə Fondunun” sözləri “dövlət sosial müdafiə fondunun” sözləri ilə əvəz edilsin;

1.3. 1.1-ci bəndin birinci abzasında “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun” sözləri “Dövlət sosial müdafiə fondunun” sözləri ilə əvəz edilsin;

1.4. 1.2-ci və 1.4-cü bəndlərdə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət So­sial Müdafiə Fondunun” sözləri “dövlət sosial müdafiə fondunun” sözləri ilə əvəz edilsin;

1.5. 1.3-cü bənd üzrə:

1.5.1. birinci abzasda “Azərbaycan Respub­likasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun” sözləri “dövlət sosial müdafiə fondu­nun” sözləri ilə əvəz edilsin;

1.5.2. “a” və “e” abzaslarında “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun” sözləri “Dövlət sosial müdafiə fondunun” sözləri ilə əvəz edilsin;

1.6. 4.1-ci bəndin “a” abzası üzrə:

1.6.1. birinci cümlədə “Azərbaycan Respub­likasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun” sözləri “Dövlət sosial müdafiə fondu­nun” sözləri ilə əvəz edilsin;

1.6.2. üçüncü cümlədə “Azərbaycan Res­publikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun” sözləri “dövlət sosial müdafiə fondu­nun” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2019-cu il 31 yanvar tarixli 29 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanun­vericilik Toplusu, 2019 № 1, maddə 173) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diaspo­runa Dəstək Fondunun əməkhaqqı fondu”nun cədvəl hissəsinin 3-cü sətrinin “Xərclərin iqtisadi təsnifatı” sütununda “Dövlət Sosial Müdafiə Fonduna ayırmalar” sözləri “Məcburi dövlət sosial sığorta haqqı ödənişləri” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

21 Sentyabr 2021 22:46 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə