Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 267 Bakı şəhəri, 15 sentyabr 2021-ci il

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 211 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası”nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitu­siyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 211 nömrəli Qərarı (Azərbaycan Respubli­kasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 784; 2016, № 3, maddə 616, № 4, maddə 775; 2017, № 9, maddə 1727; 2018, № 6, maddə 1371; 2021, № 4, maddə 417) ilə təsdiq edil­miş “Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların bu dövlətlərin səlahiyyətli orqanlarına verilməsi Hədləri və Qaydası”nda aşa­ğıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 1.2-1-ci bənd əlavə edilsin:

“1.2-1. Bu Qaydalarda nəzərdə tutulmuş hər hansı öhdəliklərdən yayınmaq məqsədilə şəxsin (şəxslərin) hər hansı razılaşması və ya aparıl­mış əməliyyatı nəzərə alınmadan bu Qaydaların müvafiq müddəalarını və Azərbaycan Respublikası Ver­gi Məcəlləsinin 76-1-ci maddəsinin tələblərini icra etməməyə görə həmin Məcəllənin 60.3-cü maddəsinə əsasən müvafiq maliyyə sanksiyaları tətbiq edilir.”.

2. 1.5-ci bənd aşağıdakı redaksiya­da verilsin:

“1.5. Maliyyə institutu tərəfindən əldə olunan (toplanılan) və benefisiarla əlaqəli olan məlumatlarda bu Qaydala­rın 4.5.12-ci yarımbəndində göstərilən əlamətlər aşkar edildikdə, həyatın yığım sığortası və ya annuitet sığortası müqavilələrinin benefisiarı hesabat verilməli şəxs hesab olunur. Maliyyə institutunun benefisiarın hesabat verilməli şəxs olması barədə məlumatı və ya əsası olduqda, hesabat verən maliyyə institutu tərəfindən bu Qayda­ların 4.5.11-4.5.17-ci yarımbəndlərində əks edilən prosedurlara riayət olunma­lıdır.”.

3. 1.8-ci bəndin birinci cümləsində “dəlillərin” sözü “yazılı dəlillərin və ya rəsmi sənədlərin” sözləri ilə əvəz edilsin və həmin bəndin ikinci cümləsinə “7 ildən” sözlərindən əvvəl “hesabat təqdim edilməli olduğu ildən sonrakı” sözləri əlavə edilsin.

4. 2.1-ci bəndə “istifadə” sözündən əvvəl “bu Qaydalarda” sözləri və “həmin Sazişdə” sözlərindən sonra “və Ümumi Hesabatlılıq Standartları məqsədləri baxımından isə bu Qaydalarda əks olunmayan anlayışlar həmin Standartda və Beynəlxalq Sazişlərdə qəbul edilmiş” sözləri əlavə edilsin.

5. 2.2-ci bənddən “(bu Qaydaların 2.1-ci bəndi istisna olmaqla)” sözləri çıxarılsın və həmin bənddə “aşağıdakı mənaları ifadə edir” sözləri “aşağıdakı­lardır” sözü ilə əvəz edilsin.

6. 2.2.4.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.2.4.4. investisiya təşkilatı dedikdə:

2.2.4.4.1. müştəri üçün və ya müştərinin adından birbaşa fəaliyyətin idarə edilməsi məqsədilə aşağıda göstərilən bir və ya bir neçə fəaliyyəti və ya əməliyyatı həyata keçirən şəxs:

1. pul bazarı alətləri ilə ticarət (çeklər, istiqrazlar, depozit sertifikatları, törəmə maliyyə alətləri və s.), xarici valyuta mübadiləsi, maliyyə alətlərinin və ya aktivlərinin mübadiləsi, faiz dərəcələri, indeks alətləri və əmtəə fyuçerslərinin ticarəti;

2. fərdi və kollektiv portfelin idarə edilməsi fəaliyyəti;

3. digər şəxslərin adından pul və ya maliyyə aktivlərinin inzibatçılığı, idarə edilməsi və ya digər investisiyası;

2.2.4.4.2. ümumi gəliri əsasən maliyyə alətlərinin ticarətinə, investisi­yaya və ya təkrar investisiyaya aid olan depozitar və ya bank fəaliyyətini həyata keçirən təşkilat və ya müəyyən olun­muş sığorta şirkəti və ya bu Qaydaların 2.2.4.4.1-ci yarımbəndində göstərilən şəxs tərəfindən idarə edilən hüquqi şəxs:

1. hüquqi şəxs dedikdə bu Qay­daların 2.2.4.4.1-ci yarımbəndində göstərilən bir və ya bir neçə fəaliyyəti həyata keçirən və ya bu Qaydaların 2.2.4.4.2-ci yarımbəndinin məqsədləri üçün ümumi gəliri əsasən maliyyə alətlərinin ticarətinə, investisiyaya və ya təkrar investisiyaya cəlb olunan şəxs nəzərdə tutulur, bir şərtlə ki, hüquqi şəxsin ümumi gəliri qeyd edilən fəaliyyət sahəsi üzrə gəlirin əldə edildiyi ildən əvvəlki ilin 31 dekabrında başa çatan üçillik müddət ərzində və ya hü­quqi şəxsin mövcud olduğu dövrdə əldə etdiyi ümumi gəlirinin 50 faizinə bərabər və ya ondan çox olsun;

2. bu Qaydaların 2.2.22.4-2.2.22.7-ci yarımbəndlərinin hər hansı əlamətlərindən birinə cavab verdiyi üçün aktiv NFE hesab edilən hüquqi şəxs investisiya təşkilatı hesab edilmir;”.

7. 2.2.7.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.2.7.2. bu Qaydaların 2.2.7.1-ci yarımbəndində göstəril-məyən digər maliyyə institutuna münasibətdə isə hesabatlılıqdan yayınmaq məqsədi müəyyən edildikdə, həmin maliyyə insti­tutunda olan nizamnamə kapitalında və ya borc öhdəliklərində pay;”.

8. 2.2.10-cu, 2.2.17-ci, 4.5.6.4-cü və 4.5.7.3-cü yarım-bəndlər ləğv edilsin.

9. 2.2.14-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.2.14. nağd pul dəyəri – həyatın yığım sığortası və (və ya) annuitet sığortası müqavilələri üzrə “Sığor­ta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə uyğun olaraq sığorta olunan tərəfindən alınan borc məbləği, sığorta hadisəsi baş verdikdə sığorta ödənişi, müqaviləyə vaxtından əvvəl xitam verildikdə isə qaytarılan məbləğdir (məbləğ müqaviləyə xitam verilməsinə görə tutulan haqq və ya sığortalının sı­ğortaçıdan aldığı borc səbəbindən azal­dılmadan hesablan-malıdır). Bununla birlikdə nağd pul dəyəri anlayışına bu Qaydaların 2.1-ci bəndində nəzərdə tutulan beynəlxalq sazişlərdə nağd pul dəyəri anlayışından istisna edilmiş ödənişlər daxil deyildir.”.

10. 2.2.19-cu yarımbəndin ikinci cümləsinə “tövsiyələrinə” sözündən sonra “və ümumi hesabatlılıq standart­larının şərhlərinə” sözləri əlavə edilsin.

11. 2.2.21-ci bənddə “2.2.4.4-cü yarımbəndinin 2-ci abza-sında” sözləri “2.2.4.2-ci yarımbənddə” sözləri ilə əvəz edilsin.

12. 2.2.36-cı yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.2.37-ci yarımbənd əlavə edilsin:

“2.2.37. əməliyyat – maliyyə insti­tutları tərəfindən hesabat verilməli he­sablar üzrə aparılan mədaxil və məxaric məbləğlərinin məcmusudur.”.

13. 3.9.9-cu yarımbəndin ikinci cümləsində “səhv” sözü “qeyri-düzgün” sözü ilə əvəz edilsin.

14. Aşağıdakı məzmunda 4.1-1-ci bənd əlavə edilsin:

“4.1-1. HVMİ özünü qiymətləndirmə sənədini və ya yazılı dəlilləri və ya rəsmi sənədləri qeyri-düzgün və ya əsassız hesab etdikdə və ya əsassız hesab etməyə əsası olduqda, HVMİ özünü qiymətləndirmə sənədinə və ya yazılı dəlillərə və ya rəsmi sənədlərə əsaslanmamalıdır.”.

15. 3.5.5.2-ci, 3.9.9-cu (hər iki halda) və 4.5.17.2-ci yarımbəndlərə ismin müvafiq hallarında “yazılı dəlil” sözlərindən sonra ismin müvafiq halla­rında “və ya rəsmi sənədlər” sözləri və 2.2.28-ci, 3.6.3.1-ci, 4.5.3.3-cü, 4.5.8-ci, 4.5.9-cu, 4.5.15.2-ci, 4.5.16-cı, 4.6.3.1-ci, 4.6.7-ci, 4.6.10-cu və 4.6.11-ci yarımbənd-lərə ismin müvafiq halla­rında “yazılı dəlillər” sözlərindən sonra ismin müvafiq hallarında “və ya rəsmi sənədlər” sözləri əlavə edilsin.

16. 4.5.10-cu yarımbənddə “səbəb olan dəyişiklik” sözləri “səbəb olan əlamət dəyişikliyi” sözləri ilə əvəz edilsin.

17. 4.5.11-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“4.5.11. rezidentlik ünvanı testinə əsaslanan HVMİ-nin ilkin yazılı dəlilləri və ya rəsmi sənədləri (və ya bu Qay­daların 4.5.8-ci yarımbəndində qeyd olunan digər sənədləri) qeyri-düzgün və ya əsassız hesab etməsi, yaxud hesab etməyə əsası olmasına səbəb olan əlamət dəyişikliyi baş verərsə, həmin maliyyə institutu müvafiq təqvim ilinin və ya digər hesabat dövrünün sonunadək, yaxud bu cür əlamət dəyişikliyi aşkar edilməsindən sonra 90 günədək (göstərilən müddətlərdən daha gec tətbiq olunmaq şərtilə) hesab sahibinin vergi məqsədləri ilə əlaqədar rezidentliyini müəyyən etmək üçün özünüqiymətləndirmə sənədi və yeni yazılı dəlillər və ya rəsmi sənədlər əldə etməlidir. Bu Qaydalarda əlamət dəyişikliyi dedikdə şəxsin statusu­na təsir edən əlamət dəyişikliyi (bu Qaydaların 4.5.12-ci yarımbəndində göstərilən əlamətlərin sonradan mey­dana çıxması) nəzərdə tutulur. Bundan əlavə, şəxsin statusuna təsir etdiyi halda ona məxsus hesabda, habelə şəxsin bu Qaydaların 1.6-cı və 1.7-ci bəndlərinin müddəaları nəzərə alın­maqla əlaqəli olduğu digər hesabda məlumatların (o cümlədən hesab sahi­binin) dəyişməsi və ya əlavə edilməsi də əlamət dəyişikliyi hesab edilir. HVMİ qeyd olunan müddət ərzində özünüqiymətləndirmə sənədi və yeni yazılı dəlillər və ya rəsmi sənədlər əldə edə bilmirsə, bu Qaydaların 4.5.12-4.5.17-ci yarımbəndlərinə uyğun olaraq elektron axtarış aparmalıdır;”.

18. 4.5.14-cü yarımbənddə “4.5.12-ci yarımbəndində” sözləri “4.5.12.1-4.5.12.5-ci yarımbəndlərində” sözləri ilə əvəz edilsin.

19. 4.6.6-cı yarımbənddə “4.5.12-ci yarımbəndində” sözləri “4.5.12.1-4.5.12.5-ci yarımbəndlərində” sözləri ilə əvəz edilsin.

20. 4.7.2-ci yarımbəndin ikinci cümləsində “6.26-cı” sözləri “6.27-ci” sözləri ilə əvəz edilsin.

21. 4.7.3-cü yarımbənddə “dəyişiklik” sözü “əlamət dəyişikliyi” sözləri ilə və “hesab açılarkən əldə edil­miş” sözləri “ilkin” sözü ilə əvəz edilsin.

22. 4.7.3.1-ci və 4.7.3.2-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“4.7.3.1. hesab sahibinin rezidentli­yinin müəyyənləşdirilməsi üzrə etibarlı (düzgün) yeni özünüqiymətləndirmə sənədi;

4.7.3.2. ilkin özünüqiymətləndirmə sənədinin əsaslılığını təsdiq edən izahat və sənədləşmə (surətini saxlamaqla və ya həmin izahatın və sənədlərin qeydiy­yatını aparmaqla);”.

23. 4.7.4-cü yarımbəndə “səbəb olan” sözlərindən sonra “əlamət” sözü əlavə edilsin və həmin yarımbənddə “dəyişikliklərlə” sözü “əlamət dəyişikliyi ilə” sözləri ilə əvəz edilsin.

24. 4.7.4-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.7.5-ci yarımbənd əlavə edilsin:

“4.7.5. hesab açmaq üçün müraciət etmiş fiziki şəxs tərəfindən özünüqiymətləndirmə sənədi təqdim edilmədikdə, hesabın açılmasından imtina olunmalıdır.”.

25. 4.8.9-cu yarımbənddə “dəyişiklik” sözü “əlamət dəyişikliyi” sözləri ilə əvəz edilsin.

26. Aşağıdakı məzmunda 4.8.9-1-ci yarımbənd əlavə edilsin:

“4.8.9-1. bu Qaydaların 2.2.28-ci yarımbəndi əsasında yazılı dəlillərə və ya rəsmi sənədlərə münasibətdə tətbiq edilən yanaşmalar, həmçinin bu Qaydaların 4.8.4-cü və 4.8.5-ci yarım-bəndlərində qeyd olunan digər sənədləşmələrə də tətbiq edilə bilər;”.

27. 4.8.10-cu yarımbənddə “dəyişikliyin” sözü “əlamət dəyişikliyinin” sözləri ilə əvəz edilsin.

28. 4.8.10.1-ci yarımbəndin üçüncü abzasında və 4.8.10.2-ci yarımbənddə (hər iki halda) “hesab açılarkən əldə edilmiş” sözləri “ilkin” sözü ilə əvəz edilsin.

29. 4.8.10.4-cü yarımbəndin ikinci cümləsində “yaxud hesab açılarkən əldə edilmiş” sözləri “son alınmış (möv­cud)” sözləri ilə əvəz edilsin.

30. 4.9.5.2-ci yarımbəndə “hesab sahibinin” sözlərinin əvvəlinə “müvafiq prosedurlar Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) 2012-ci ilin fevral ayında qəbul edilmiş tövsiyələrinə uy­ğun olduğu halda,” sözləri əlavə edilsin.

31. 4.9.5.3-cü yarımbəndə “HVMİ” akronimindən sonra “yalnız” sözü əlavə edilsin.

32. 4.9.6-cı yarımbənddə “dəyişiklik” sözü “əlamət dəyişikliyi” sözləri ilə və “4.9.4-4.9.5-ci yarımbəndlərində” sözləri “4.8.10-cu yarımbəndində” sözləri ilə əvəz edilsin.

33. 4.9.6-cı yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.9.7-ci yarımbənd əlavə edilsin:

“4.9.7. hesab açmaq üçün müraciət etmiş hüquqi şəxs tərəfindən özünüqiymətləndirmə sənədi təqdim edilmədikdə, hesabın açılmasından imtina olunmalıdır.”.

34. 4.6.4-cü, 4.6.5-ci, 4.6.9-cu, 4.6.12-ci, 4.8.3.1-ci, 4.8.3.2-ci, 4.8.4.2-ci, 4.8.5.3-cü, 4.8.8-ci, 4.8.10.1-ci, 4.8.10.2-ci, 4.8.10.4-cü, 4.9.1.2-ci, 4.9.4.2-ci və 4.9.5.3-cü yarımbəndlərdə ismin müvafiq hallarında “HVŞ” akro­nimi ismin müvafiq hallarında “hesabat verilməli şəxs” sözləri ilə əvəz edilsin.

35. 5.1.5-ci yarımbənddən “və ya qaytarılan məbləğ” sözləri çıxarılsın.

36. Qaydaya 1 nömrəli əlavə - “Azərbaycan Respublikasının hesabat verməyən maliyyə institutlarının siyahı­sı” üzrə:

36.1. 1.3-cü bənd aşağıdakı redak­siyada verilsin:

“1.3. Ümumi Hesabatlılıq Standartı Sazişinin məqsədlərinə zidd olma­maqla, bu Qaydalara əsasən hesabat verməyən maliyyə institutu hesab edilən, bu əlavənin 1.1-ci və 1.2-ci bəndlərində göstərilən hüquqi şəxslərin hər hansı biri ilə əhəmiyyətli dərəcədə oxşar xüsusiyyətlərə malik, vergidən yayınma riski aşağı olan hər hansı digər hüquqi şəxs;”;

36.2. 3.1-ci, 3.2-ci və 3.3-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

“3.1. üzvləri əsasən dövlət təşkilatı olan;

3.2. faktiki olaraq baş ofis ilə və ya Azərbaycan Respublikası ilə razılaşma­sı olan qurum;

3.3. gəliri fərdi şəxsin xeyrinə işləməyən hər hansı hökumətlərarası təşkilat (o cümlədən alt qurum səviyyəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar).”;

36.3. 7-ci hissənin birinci abzası aşağıdakı redaksiyada verilsin:

“7. Bu hissə ilə aşağıda nəzərdə tu­tulan benefisiar və ya iştirakçılara pen­siya, əlillik və ya ölüm müavinətlərinin ödənilməsi məqsədilə dövlət orqanı, beynəlxalq təşkilat və ya Mərkəzi Bank tərəfindən təşkil edilən pensiya fondu:”;

36.4. 7.2-ci bəndə “şəxslərə” sözündən sonra “(əgər müavinətlər belə benefisiar və ya iştirakçıların dövlət or­qanı, beynəlxalq təşkilat və ya Mərkəzi Bank üçün göstərilən xidmətlə bağlı olduqda)” sözləri əlavə edilsin;

36.5. 9-cu hissədə (hər iki halda) “HVŞ” akronimi “hesabat verilməli şəxs” sözləri ilə əvəz edilsin.

37. Qaydaya 2 nömrəli əlavə - “He­sabat verilməyən hesabların siyahısı” üzrə:

37.1. 2.4-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.5-ci bənd əlavə edilsin:

“2.5. bir əməliyyat çərçivəsində aparılması nəzərdə tutulan, mini­mum əməkhaqqı məbləğində dövlət büdcəsindən sosial xarakterli birdəfəlik ödənilən yardım vəsaitinin köçürülməsi məqsədilə açılmış hesablar.”;

37.2. 5.2.1.2-ci yarımbənd aşağıda­kı redaksiyada verilsin:

“5.2.1.2. hesab yalnız alı­cı tərəfindən əmlakın dəyərinin (qiymətinin) ödənilməsi öhdəliyi, satıcı tərəfindən şərti öhdəliyin ödənilməsi, icarəyə verən və ya icarəyə götürən tərəfindən icarə müqaviləsinə əsasən dəyən zərərin ödənilməsi üçün açıldıq­da;”.

Əli ƏSƏDOV

 Azərbaycan Respublikasının Baş naziri

21 Sentyabr 2021 22:10 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə