Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılır

Sentyabrın 21-i saat 20:00-dan sentyabrın 22-si saat 08:00-dək Bakı şəhərinin Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində (3-cü mikrorayon dairəsindən Əbdülvahab Salamzadə küçəsinin kəsişməsinədək olan hissəsi) aparılacaq təmir işləri ilə əlaqədar əsas və köməkçi yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə "Xalq qəzeti"nə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən açıqlama verilib.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

21 Sentyabr 2021 17:45 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə