Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Baş Prokurorluq “Instagram”da sual-cavab sessiyası keçirib

Bu gün saat 10:00-dan 13:00-dək Baş Prokurorluğun “Instagram” sosial şəbəkəsindəki səhifəsində növbəti sual-cavab sessiyası keçirilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, vətəndaşlar əvvəlcədən kütləvi informasiya vasitələri və sosial media vasitəsilə məlumatlandırılıb.

İctimaiyyət tərəfindən maraqla qarşılanan sessiya zamanı vətəndaşların sualları cavablandırılıb, eləcə də müraciətlər qeydə alınıb.

Sessiya zamanı 56 müraciət daxil olub, müraciətlərin dərhal Baş Prokurorluğun vəzifəli şəxsləri tərəfindən cavablandırılması təmin edilib.

Növbəti sual-cavab sessiyasının tarixi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

 
21 Sentyabr 2021 16:08 - SİYASƏT
SİYASƏT
27 Oktyabr 2021 | 17:56
Ərdoğan Makronla görüşəcək

Köhnə versiyamızdan xəbərləri izlə