Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ANAMA: İndiyədək Füzulinin Horadiz kəndində 164 mina aşkar edilib

"Bu günə qədər ANAMA tərəfindən Füzuli rayonunun Horadiz kəndi ərazisində 114 ədəd piyada əleyhinə mina, 50-ə yaxın isə tank əleyhinə mina aşkar edilib".

 "Xalq qəzeti" xəbər verir ki, bunu ANAMA-nın əməliyyat meneceri Habil Babayev deyib.

Onun sözlərinə görə, ərazidə təmizlənmə işləri üç üsulla (əllə, minaaxtaran itlərin köməyi ilə, mexaniki şəkildə) həyata keçirilməklə 150 metr enində aparılıb: "Bildiyimiz kimi, ərazidə intensiv döyüşlər gedib. Buraya raket və bombalar atıldığı üçün ərazi həddən artıq çirklidir. Ona görə də burada təmizləmə əllə və mexaniki şəkildə həyata keçirilir".

H. Babayev qeyd edib ki, ərazidə intensiv döyüşlər getdiyi üçün həm minalar, həm atılan raketlər çoxluq təşkil edir.

 
21 Sentyabr 2021 12:14 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
20 Oktyabr 2021 | 17:36
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə