Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda bütün növ sementlərə dair yeni dövlət standartları təsdiq edilib

Azərbaycanda istehsal olunan bütün növ sementlərin keyfiyyətinin yüksəldilməsinin təmin edilməsi məqsədilə AZS EN 197-1:2021 “Sement - Hissə 1: Ümumi təyinatlı sementlərin tərkibi, texniki tələblər və uyğunluq meyarları”, AZS EN 197-2:2021 “Sement - Hissə 2: Keyfiyyət göstəricilərinin sabitliyinin qiymətləndirilməsi və yoxlanılması”, AZS ГОСТ 30515-2021 “Sementlər. Ümumi texniki şərtlər” dövlət standartları qəbul edilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən “Xalq qəzeti”nə verilən məlumata görə, standartlar tikinti materialları, məmulatları və konstruksiyalarının standartlaşdırılması üzrə Texniki Komitənin təqdimatı əsasında Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Yeni standartlar ümumi təyinatlı sementlərin tərkibini, texniki tələblər və uyğunluq meyarlarını, termin və tərifləri, təhlükəsizlik tələblərini, sementin keyfiyyətinin yoxlanması üçün nümunələrin götürülməsinə dair tələbləri, qəbul qaydalarını, sınaq üsullarını, nəqletmə və saxlanmaya dair tələbləri müəyyən edilib.

21 Sentyabr 2021 11:56 - İQTİSADİYYAT
İQTİSADİYYAT
20 Oktyabr 2021 | 09:29
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə