Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DYP yol-nəqliyyat hadisələri zamanı hadisə yerindən yayınan sürücülərə xəbərdarlıq edib

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yol-nəqliyyat hadisələri zamanı hadisə yerindən yayınan sürücülərə xəbərdarlıq edib.

İdarədən "Xalq qəzeti"nə verilən məlumata görə, maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisələrini təhlili göstərir ki, bir çox hallarda sürücünün hadisə yerindən yayınması və ya ilkin olaraq tərəflərin öz aralarında gəldikləri razılığın birtərəfli qaydada pozulması daha sonra inzibati, mülki və bəzi hallarda isə cinayət məsuliyyətinin yaranmasına səbəb olur.

Belə narazılıq halların qarşısının alınması məqsədilə bildirilib: “Sürücülər hadisə baş verdiyi ərazidə süni sıxlıq və tıxacların yaranmaması üçün hadisə nəticəsində xəsarət görmüş avtomobillərin, həmçinin digər maneələrin foto və video qeydlərini aparmalı və adiyyatı üzrə polisə məlumat verməli, digər avtomobillərin hərəkətinə çətinlik yaratmamaq üçün qəza-durma qaydalarına əməl etməklənəqliyyat vasitələrini yolun təhlükəsiz hissəsinə, kənarına aparmalıdırlar. Əgər hadisə zamanı şəxsin sağlamlığında xəsarət və yaxud ölüm halı baş veribsə, bu qaydada mütləq halda polisə düzgün məlumat verməlidir. Sürücüdən xəsarət alan şəxsə ilkin tibbi yardım göstərilməsini, eləcə də xəstəxanaya çatdırılmasını təmin etmək tələb olunur. Əks təqdirdə bu, hadisə törədənin məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirilir. Baş vermiş hadisənin gizlədilməsi isə ən yaxşı halda inzibati məsuliyyət yaradır”.

“Bir daha sürücülərdən və hərəkətin digər iştirakçılarından xahiş edirik ki, yol hərəkəti qaydalarına diqqətlə əməl olunsun! Qanunlara və qaydalara düzgün münasibət hər birimizi bədbəxt hadisələrdən və qanun qarşısında məsuliyyətdən qoruyur!” - DYP-dən bildirib.

21 Sentyabr 2021 10:56 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə