Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kanar adalarında vulkan püskürüb

 

Kanar adalarında vulkan püskürməsi nəticəsində aviareyslər dayandırılıb. İspaniya hökumətinin tapşırığı ilə hərbçilər Palma adasından 2 min nəfəri evakuasiya ediblər ki, onlardan 500 nəfəri turistlərdir. Palma, Homer və İerro adalarına giriş-çıxış qadağan edilib.

İspaniyanın Baş naziri ABŞ-a səfərini təxirə salaraq Ka­nar adalarındakı vəziyyətlə tanış olmaq üçün hadisə yerinə baş çəkib.

RİA “Novosti”nin məlumatına görə, vulkan püskürməsi nəticəsində xəsarət alan olmayıb.

İspaniya Milli Coğrafiya İnstitutunun məlumatına görə, sonuncu dəfə bu vulkan 1971-ci ildə püskürmüşdü.

Qəzənfər QASIMOV,

 “Xalq qəzeti”

21 Sentyabr 2021 00:53 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
22 Oktyabr 2021 | 01:05
120 milyon dollar yardım
21 Oktyabr 2021 | 02:16
Aso vulkanı fəallaşıb

Köhnə versiyamızdan xəbərləri izlə