Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BMT ABŞ ilə ÇXR-i yeni “soyuq müharibə”dən qaçmağa çağırır

 

 

BMT-nin Baş katibi Antonio Quterreş bu günlərdə bəyan edib ki, ABŞ və ÇXR arasında dərinləşən ziddiyyətlər dünya üçün böyük təhlükə ola bilər. CNN xəbər verir ki, Baş katib hər iki ölkəni əvvəlkindən daha qorxulu ola biləcək yeni “soyuq müharibə”dən imtina etməyə çağırıb.

Quterreş düşünür ki, dünyada iki ölkənin “tam qarşıdurması”na gətirib çıxa­ran bir vəziyyət yaranır. Bu, dünya üçün çox təhlükəlidir.

ABŞ və ÇXR arasında münasibətlərin kəskinləşməsi dünya iqtisadiyyatının da “ikiyə bölünməsinə”, “münaqişəli hərbi doktrina­ların” meydana çıxmasına, eləcə də yeni süni intellektin inkişaf strategiyasının yaran­masına gətirib çıxaracaq ki, bundan qaçmaq lazımdır.

Quterreş deyib: “Mən hesab edirəm ki, yeni “soyuq müharibə”dən qaçmaq lazımdır, çünki köhnə “soyuq müharibə”nin idarə edilməsi asan idi. İndi hər şey çox mürəkkəbdir”.

Bu yaxınlarda ABŞ Çinə münasibətdə öz məqsədlərini açıqlamışdı. Ağ evin mətbuat katibi Cen Psakinin sözlərinə görə, ABŞ ÇXR-lə münaqişəyə və “soyuq müharibəyə” cəhd etmir, açıq rabitə kanalları ilə münasibətləri qorumağa çalışır.

Rövşən TOĞRUL, “Xalq qəzeti”

21 Sentyabr 2021 00:50 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
22 Oktyabr 2021 | 01:05
120 milyon dollar yardım
21 Oktyabr 2021 | 02:16
Aso vulkanı fəallaşıb

Köhnə versiyamızdan xəbərləri izlə