Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya parlamentinə seçkilərdə “Yedinaya Rossiya” Partiyası qalib gəlib

Rusiya Dövlət Dumasına seçkilərdə protokolların böyük əksəriyyəti hesablanmasından sonra nəticələr elan olunub. Bu barədə “Lenta.ru” agentliyi məlumat yayıb.

 

İlkin nəticələr “Yedinaya Rossiya” Partiyasının 49,42 faiz səslə irəlidə olduğunu göstərib. Sonrakı yerləri Kommunist Partiyası (19,82 faiz), Liberal-Demokrat Par­tiyası (7,55), “Spravedlivaya Rossiya-Patriotı-Za pravdu” Partiyası (7,37 faiz), “Novıye lyudi” Partiyası (5,37 faiz) tutub.

Səs çoxluğu toplayan par­tiyalardan dördü – “Yedinaya Rossiya” Partiyası (sədri Dmitri Medvedev), Kommu­nist Partiyası (sədr Gennadi Züqanov), Liberal-Demok­rat Partiyası (sədr Vladimir Jirinovski) və “Spravedlivaya Rossiya-Patriotı-Za prav­du” Partiyası (sədr Sergey Mironov) VII çağırış Dövlət Dumasında fraksiyalara malik idilər. “Novıye lyudi” Partiyası parlamentdə yeni təmsil oluna bilər. Partiyanın sədri Rusiyanın “Faberlic” şirkətinin yaradıcısı Aleksey Neçayevdir.

Xatırladaq ki, sentyabrın 17-dən 19-dək Rusiyada VIII çağırış Dövlət Duması­na, regional parlamentlərə seçkilər, habelə bir neçə subyektin başçılarının seçkiləri keçirilib.

Rusiya parlamentinin aşağı palatası olan Dövlət Dumasının deputatları 5 il müddətinə seçilir.

Bu arada Perm Dövlət Universitetinə silahlı hücum edilib. Hadisə nəticəsində səkkiz nəfər öldürülüb, altı nəfər yaralanıb. Rusi­ya Daxili İşlər Nazirliyinin açıqlamasında qeyd olunur ki, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində silahlı şəxs saxlanılıb. Tələbələrin və müəllim heyətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər görülür.

M.HACIXANLI,

“Xalq qəzeti”

21 Sentyabr 2021 00:47 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
22 Oktyabr 2021 | 01:05
120 milyon dollar yardım
21 Oktyabr 2021 | 02:16
Aso vulkanı fəallaşıb

Köhnə versiyamızdan xəbərləri izlə