Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ-da Türkiyə Prezidentinin kitabı təqdim olunub

 

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfəri çərçivəsində bu ölkədə yaşayan müsəlmanların nümayəndələri ilə görüşüb. Görüş Nyu-Yorkdakı Manhetten Mərkəzində mətbuat üçün qapalı şəkildə keçirilib. Məlumatı “Anadolu” verib.

Türkiyə Prezidenti sentyabrın 19–22-də BMT Baş Assambleyasının 76-cı iclasında iştirak etmək üçün ABŞ-da səfərdədir. Dünən Ərdoğan Nyu-Yorkda Türkiyə evinin açılışında iştirak edib.

Türkiyə lideri bu gün, Baş Assambleyanın 76-cı iclası­nın birinci günü iştirakçılara müraciət edəcək. İclasda COVID-19 pandemiyası, pla­netin dayanıqlığı, tələblərə reaksiyası, eləcə də insan haqlarına hörmət və BMT-nin dirçəldilməsi kimi məsələlər müzakirə ediləcək. Ərdoğan, eyni zamanda, bir sıra dövlət başçıları, o cümlədən, BMT-nun Baş katibi Antonio Quterreş ilə ikitərəfli görüşlər keçirəcək.

Bundan əlavə, dövlət başçısı Türkiyə–ABŞ Milli Əlaqələndirmə Komitəsinin təşkil etdiyi “Daha ədalətli dünya mümkündür” konfran­sında iştirak edəcək, KİV-lərə müsahibə verəcək. Onun ABŞ iş adamlarının iştirakı ilə ənənəvi 11-ci Türkiyə inves­tisiya konfransına qatılacağı da gözlənilir.

Manhetten Mərkəzində, eyni zamanda, Ərdoğanın “Daha ədalətli dünya mümkündür” kitabının təqdimatı keçirilib. Təqdimat mərasimindən sonra kita­bın ingilis və ərəb dillərinə tərcümə olunmuş nüsxələri tədbir iştirakçılarına paylanıb.

Ərdoğan kitabını BMT Baş Assambleyasının 76-cı iclası çərçivəsində görüşəcəyi dövlət başçılarına da bağışlayacaq.

Türkiyə Prezidenti kita­bında bütün bəşəriyyət üçün ədalətin təmin olunması ilə bağlı ölkəsinin səyləri haq­qında ətraflı söhbət açır. O, öz əsərində qlobal siyasətin dilemmasına, xüsusən dün­yadakı ədalətsizliyə, miqra­siya böhranına, beynəlxalq terrorizm və islamofobiyaya, diskriminasiyaya, ikili stan­dartlara diqqət yetirir.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

21 Sentyabr 2021 00:45 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
22 Oktyabr 2021 | 01:05
120 milyon dollar yardım
21 Oktyabr 2021 | 02:16
Aso vulkanı fəallaşıb

Köhnə versiyamızdan xəbərləri izlə