Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bədii gimnastlarımız Monteneqroda 6 medal qazanıblar

Monteneqronun Budva şəhərində keçirilmiş bədii gimnastika üzrə “Wild Beauty Cup” adlı beynəlxalq turnirdə Azərbaycan komandası 6 medal qazanıb.

 "Xalq qəzeti" Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, yarışda fəxri kürsünün hər üç pilləsində yer alan Kamilla Seyidzadə komanda hesabına ən çox medal yazdıran gimnast olub. Belə ki, o, lentlə icra etdiyi çıxışı ilə bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb. Gürzlərlə gümüş, çoxnövçülük və halqa ilə yerinə yetirdiyi proqrama görə istedadlı gimnastımız bürünc medala sahib olub.

K.Seyidzadə daha bir bürünc medalı isə Alina Gözəlova ilə birlikdə komanda hesabında əldə edib. A.Gözəlova öz növbəsində topla nümayiş etdirdiyi çıxışına görə də bürünc mükafat əldə edib.

Yarışda iştirak edən digər təmsilçimiz Fəxriyyə Əliyeva ən yaxşı nəticəsini topla nümayiş etdirərək beşinci yerdə qərarlaşıb.

 

20 Sentyabr 2021 15:37 - İDMAN
İDMAN
19 Oktyabr 2021 | 00:09
Ən bahalı futbolçular

Köhnə versiyamızdan xəbərləri izlə