Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qusarlı təsərrüfatçılar kartof sahələrində bol məhsul yetişdiriblər

Qusarlı təsərrüfatçılar bu günə kimi kartof sahələrindən 20 min tondan çox məhsul toplayıblar.

"Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, fermerlər aran ərazilərdə kartof yığımını başa çatdırıblar. Sentyabr ayının ikinci ongünlüyündən isə dəmyə torpaqlarda yığıma başlayıblar. Bu il kartof sahələrində bol məhsul yetişib.

Fermer Yaşar Kiçibəyov bildirib ki, rayonun Zindanmurq kəndindəki 25 hektar əkin sahəsində hər il kartof becərir. “Məhsuldarlıq yaxşıdır. On gün olar yığıma başlamışıq. Artıq yığımı yekunlaşdırmaq üzrəyik. Bizdə iki sort kartof əkilir. Daha çox “Anna Koroleva” və qırmızı sort kartof becəririk”, - deyə o bildirib.

Qusarda kartof yığımı sentyabrın sonunadək başa çatacaq. Hazırda işçilər əl əməyi və texnikaların köməyi ilə kartofu kisələrə yığaraq qablaşdırmaqla məşğuldurlar. Daha sonra məhsulun çeşidlənməsi və satışı həyata keçiriləcək.

Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı Xələf Babayev bildirib ki, kartof əkini rayonun əsasən dağlıq kəndlərində aparılır. Bu il rayonda 2 min 194 hektar sahədə kartof əkilib və məhsul yığımı davam edir. Hər hektara görə orta məhsuldarlıq 131 sentnerdir.

20 Sentyabr 2021 15:09 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə