Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Vətən müharibəsi-2020 – tarixdə şəxsiyyət faktorunun rolu” kitabının nəşrinə hazırlıq işləri müzakirə olunub

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) İkinci Qarabağ müharibəsində qazanılan şanlı Qələbə və onun tarixinə həsr edilən “Vətən müharibəsi-2020 – tarixdə şəxsiyyət faktorunun rolu” kitabının nəşrinə hazırlıq işləri ilə bağlı dəyirmi masa keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, görkəmli tarixçi alimlərin, siyasətçilərin, iqtisadçıların, “YAŞAT” Fondunun rəhbərliyinin, Vətən müharibəsi iştirakçılarının və qazilərinin iştirakı ilə keçirilən dəyirmi masanı açıq elan edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, Vətən müharibəsinin gedişini təhlil edərkən, araşdırarkən şəxsiyyətin tarixdə rolunun nə dərəcədə əhəmiyyətli olduğunu bir daha görürük. Mövzunu araşdırıb öyrəndikcə bunu daha dərindən dərk edirik.

“Biz, bu dövrün müasirləri müharibə həqiqətlərini təhlil etməliyik və gələcək nəsillərə düzgün çatdırmalıyıq. Bu baxımdan “Vətən müharibəsi-2020 – tarixdə şəxsiyyət faktorunun rolu” kitabının hazırlanması ideyası meydana gəlib”, - deyə E.Əzizov bildirib.

Kitaba daxil ediləcək mövzuların təhlili və geniş fikir mübadiləsi aparılan dəyirmi masada AMEA Tarix İnstitutunun direktoru Kərim Şükürov, Milli Məclisin deputatı professor Anar İsgəndərov, AMEA Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı, Dövlət İdarəçilik Akademiyasının dekanı Elçin Əhmədov, Bakı Dövlət Universiteti Tarix fakültəsinin dekanı İbrahim Zeynalov, Vətən müharibəsi qazisi Famil Məlikov və başqaları çıxış edərək, nəşr olunacaq kitabın əhəmiyyətini vurğulayıb, Vətən savaşında qazanılan şanlı Qələbənin geniş təbliğinin vacibliyini vurğulayıblar.

Kitabın bu ilin sonunda işıq üzü görməsi nəzərdə tutulub.

20 Sentyabr 2021 14:57 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə