Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda qayınatasının və qayınanasının üzərinə benzin töküb yandıran şəxs tutulub

Sentyabrın 19-u saat 04 radələrində Nəsimi rayonunda Mütəllim Babayev və arvadı Tahirə Babayevanın yaşadıqları mənzildə müxtəlif dərəcəli yanıq xəsarətləri almaları barədə rayon prokurorluğuna məlumat verilib.

Nəsimi Rayon Prokurorluğundan "Xalq qəzeti"nə verilən məlumata görə, aparılmış araşdırmalarla şəhər sakini Rövşən Tağıyevin həmin tarixdə arvadının valideynlərinin yaşadığı evə gələrək qayınatası Mütəllim Babayevin üzərinə və mənzilə benzin töküb yandırdığı, nəticədə onun və arvadı Tahirə Babayevanın müxtəlif dərəcəli yanıq xəsarətləri aldığı müəyyənləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

Rövşən Tağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

20 Sentyabr 2021 10:39 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə