Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə Prezidenti ABŞ-da rəsmi səfərə yola düşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 76-cı sessiyasına qatılmaq üçün ABŞ-a rəsmi səfərə yola düşüb.

Türkiyə Prezidentinin sessiyadakı çıxışında “COVID-19 pandemiyasının keçid dövrü”, “Davamlılığın bərpası”, “Planetin ehtiyaclarına cavab vermək”, “İnsan hüquqlarına hörmət” və “BMT-nin yenidən canlanması ümidi ilə möhkəmlik yaratmaq” kimi mövzular yer alacaq.

Səfər çərçivəsində Türkiyə Prezidenti BMT-nin Baş katibi Antonio Quterreş və bir çox dövlət başçıları ilə ikitərəfli görüşlər keçirəcək, Türk-Amerika Milli İstiqa.ətləndirmə Komitəsi tərəfindən təşkil olunacaq “Daha Ədalətli Dünya Mümkündür” mövzulu konfrans çərçivəsində bu ölkədə yaşayan türklər və müsəlman cəmiyyətin nümayəndələri ilə də görüşəcək.

Prezident Ərdoğan sentyabrın 20-də Nyu-Yorkdakı yeni “Türk evi” binasının açılışını edəcək.

19 Sentyabr 2021 16:14 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə