Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropalılar Merkeli dəstəkləyirlər

 

Avropa Beynəlxalq Münasibətlər Şurası­nın Avropa İttifaqına (Aİ) üzv ölkələrdə ke­çirdiyi rəy sorğusunun yekunlarına əsasən, Almaniyanın federal Kansleri Angela Mer­kel Avropa əhalisinin böyük rəğbətini qazanıb. Məlum olub ki, avropalılar xanım Merkeldən ayrılmaq istəməzdilər və Aİ-nin prezidenti vəzifəsinə onun namizədliyini məmnuniyyətlə dəstəkləyərdilər. “Nəzəri baxımdan, əgər Avropa İttifaqının prezidenti vəzifəsinə yeganə namizədlər Merkel və Makron olsaydı, kimə səs verərdiniz?” sualının cavabında nəinki Niderland, İspani­ya və Portuqaliyada, hətta Fransada da respondentlərin əksəriyyəti “Merkelə səs verərdik” deyə bildiriblər.

Qeyd edək ki, rəy sorğusu Angela Merkelin Almani­yanın federal kansleri vəzifəsindən getmək ərəfəsində keçirilib.

Xəbəri “Euronews” verib.

  Elçin ABBASOV, “Xalq qəzeti”

18 Sentyabr 2021 23:23 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
21 Oktyabr 2021 | 02:16
Aso vulkanı fəallaşıb
21 Oktyabr 2021 | 02:12
Yeni antirekord
21 Oktyabr 2021 | 02:10
Dəməşqdə terror aktı
19 Oktyabr 2021 | 23:55
Yeni raket sınağı
19 Oktyabr 2021 | 23:54
Darvinin mikroskopu satılır

Köhnə versiyamızdan xəbərləri izlə