Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kosmonavtlar Yerə qayıdıblar

 

 

“Sinxua” agentliyinin yaydığı məlumata görə, Çinin kosmik stansiyasının quraşdırılması üçün nəzərdə tutulan “Şencou-12” (“Shenzhou-12”) missiyasının ilk kosmonavtları 3 aylıq fəaliyyətdən sonra Yerə qayıdıblar.

Mənbə yazır ki, kosmonavtlar Nie Hayşen, Liu Bomin və Tan Honbonuvu gətirən “Şencou-12” kosmik gəmisinin xüsusi kapsulu sentyabrın 17-də səhər saatlarında Çinin Daxili Monqolustan muxtar bölgəsində “Donfen” meydançasına enib. Bu, Çinin kosmosda ən uzun müddət qalan insan missiyası olub.

Məlumata görə, Çinin kosmos proqramının vacib mərhələsi olan kosmik stansiyanın quraşdırılması üçün ilk insan missiyasının olduğu “Şencou-12” kosmik gəmisi iyunun 17-də orbitə göndərilmişdi. “Şencou-12” gəmisi daha əvvəl orbitə çıxarılmış kosmik stansiyanın “Tianhe” adlı əsas modulu ilə birləşdikdən sonra kosmonavtlar modula keçərək kosmik stansiyada kosmonavtların fəaliyyəti və yaşaması, habelə stansiya xaricində əməliyyatların təşkili üçün texniki xidmətlərin yoxlanılması kimi bir çox vəzifələri, həmçinin bir neçə dəfə açıq kosmosda bəzi tapşırıqları yerinə yetiriblər.

Qeyd edilir ki, Çinin kosmik stansiya idarəetmə mərkəzi, heyətin yaşayış yeri və 2 laboratoriya kapsullarından təşkil ediləcək. Ümumi çəkisi 70 ton olacaq və quraşdırılması gələn ilin sonunda başa çatacaq stansiya aşağı Yer orbitində, təxminən 340-450 kilometr yüksəklikdə fəaliyyət göstərəcək. Stansiyanın quraşdırılması üçün 11 missiya həyata keçiriləcək ki, bunların 3-də stansiyanın modullarının, 4-də yük gəmilərinin, digər 4-də isə kosmonavtların uçuşu nəzərdə tutulub.

Rövşən TOĞRUL, “Xalq qəzeti”

19 Sentyabr 2021 00:21 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
21 Oktyabr 2021 | 02:16
Aso vulkanı fəallaşıb
21 Oktyabr 2021 | 02:12
Yeni antirekord
21 Oktyabr 2021 | 02:10
Dəməşqdə terror aktı
19 Oktyabr 2021 | 23:55
Yeni raket sınağı
19 Oktyabr 2021 | 23:54
Darvinin mikroskopu satılır

Köhnə versiyamızdan xəbərləri izlə