Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pakistan Əfqanıstanda proseslərin siyasi yolla nizamlanmasının tərəfdarıdır

 

 

Pakistanın Kabildəki səfiri Mənsur Əhməd Xan rəsmi İslamabadın Pəncşirdə Əhməd Məsuda qarşı döyüşlərdə Talibana kömək etdiyi barədə ittihamları rədd edib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Agentliyin müxbiri ilə söhbətində səfir vurğulayıb ki, onun ölkəsinin Əfqanıstanda əsas səyləri, ilk növbədə, bu ölkədə vəziyyətin siyasi yolla nizam­lanmasına yönəlib. O deyib: “Pakistan son 20 ildə çalışıb ki, Əfqanıstanda proseslər siyasi dialoq yolu ilə həll olunsun”.

Mənsur Əhməd Xan, həmçinin bildirib ki, Pakistan hazırda həm Taliban hərəkatı ilə, həm də Milli Müqavimət Cəbhəsi ilə əlaqələr saxlayır.

Pakistanlı diplomat hesab edir ki, Pakistanın Milli Müqavimət Cəbhəsinə qarşı Talibanla birlikdə olması barədə qərəzli fikirlərin çoxu Hindistan tərəfindən yayımlanır.

Mənsur Əhməd Xan, həmçinin qeyd edib ki, Əfqanıstan hökuməti siyasi rəqibləri ilə hərbi yolla deyil, dialoq yolu ilə rəftar etməlidir.

“Anadolu” müxbirinin Pakistan hökumətinin Taliban hakimiyyətini tanıyıb-tanımayacağı ilə bağlı sualı cavablandırarkən isə səfir deyib ki, Əfqanıstanda Taliban hakimiyyətinin tanınması ilə bağlı proses hissə-hissə həyata keçirilə bilər.

Onun sözlərinə görə, dünya birliyi “Taliban” liderlərindən hərtərəfli hökumət qurmasını tələb edir. Taliban rəhbərliyi mütləq bunu nəzərə almalıdır. Belə ki, Əfqanıstanın yeni qadın və etnik qrupla­rın hüquqlarını nəzərə almalıdır.

Xatırladaq ki, bir çox Qərb dövlətləri Talibanın formalaşdırdığı yeni hökuməti tanımaqdan imtina edirlər.

Bu arada Taliban rəhbərlərinin ölkənin Konstitusiyasının layihəsini hazırladığı məlum olub. Konstitusiya­da Əfqanıstan İllam Əmirliyinin əsas prinsipləri öz əksini tapıb.

M.HACIXANLI, “Xalq qəzeti”

19 Sentyabr 2021 00:19 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
21 Oktyabr 2021 | 02:16
Aso vulkanı fəallaşıb
21 Oktyabr 2021 | 02:12
Yeni antirekord
21 Oktyabr 2021 | 02:10
Dəməşqdə terror aktı
19 Oktyabr 2021 | 23:55
Yeni raket sınağı
19 Oktyabr 2021 | 23:54
Darvinin mikroskopu satılır

Köhnə versiyamızdan xəbərləri izlə