Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Almaniya Avropanın çevik əməliyyat qüvvələrini yaratmağı təklif edir

Avropa İttifaqı hərbi planda ABŞ-dan asılı olmadan fəaliyyət göstərməyi bacarmalıdır. Bu barədə Almaniyanın Müdafiə naziri Anneqret Kramp-Karrenbauer “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində bəyan edib. Məlumatı “İzvestiya.ru” verib.

Nazir bildirib: “Bu, o demək deyil ki, biz amerikalılardan ayrılırıq. An­caq elə vəziyyət yarana bilər ki, bizim hətta NATO çərçivəsində belə başqa maraqlarımız ola bilər. Bu zaman öz qüvvələrimizin köməyindən istifadə etməliyik”.

Kramp-Karrenbauer xatırla­dıb ki, talibançıların Əfqanıstanda hakimiyyətə gəlməsindən sonra avropalı həmkarlarımız təcili iclasda vəziyyətdən çıxış yollarını müzakirə etdilər və o zaman bir sıra digər variantlarla yana­şı, çevik əməliyyat qüvvələri yaratmaq təklifini irəli sürdülər. Bunu nəzərə alaraq oktyabrın axırına qədər bu cür qüvvələrin yaradılmasına başlamaq lazımdır.

Müdafiə naziri əlavə edib ki, son aylarda Əfqanıstanda baş verən hadisələrdən sonra istefa vermək istəyib, ancaq sonradan bu cür vəziyyətlərdən çıxmaq üçün mübarizəni davam etdirmək qərarına gəlib.

Qeyd edək ki, sentyabrın 2-də Avro­pa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali komissarı Jozep Borrel də bildirmişdi ki, “Aİ-nin strateji kompa­sı” adlı müdafiə və təhlükəsizliklə bağlı final layihəsi oktyabr–noyabra qədər hazır olacaq. Onun sözlərinə görə, bu sənəd Avropa İttifaqının doktrinasına və NATO-nun strateji konsepsiyasına oxşar olacaq.

Şimali Atlantika alyansının baş katibi Yens Stoltenberq isə, öz növbəsində, hesab edir ki, Avropanın çevik əməliyyat qüvvələri NATO-ya rəqib ola bilər, ona görə də bu addımı atmamağa çağırıb.

Bir çox siyasi və hərbi ekspertlər də hesab edirlər ki, Avropa İttifaqının ümumi silahlı qüvvələr yaratmaq ideyası təşkilata üzv ölkələrin ABŞ-dan daha az asılı olmaq arzusundan qaynaqlanır. Bununla yanaşı, ümumiyyətlə, Avropa ordusu yaratmaq olduqca çətin görünür.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

19 Sentyabr 2021 00:19 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
21 Oktyabr 2021 | 02:16
Aso vulkanı fəallaşıb
21 Oktyabr 2021 | 02:12
Yeni antirekord
21 Oktyabr 2021 | 02:10
Dəməşqdə terror aktı
19 Oktyabr 2021 | 23:55
Yeni raket sınağı
19 Oktyabr 2021 | 23:54
Darvinin mikroskopu satılır

Köhnə versiyamızdan xəbərləri izlə