Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azercell” rekord ballı abituriyentlərimizi təbrik etdi

Şirkət 27 abituriyent və tələbə adını qazanmış 16 şəhid övladına hədiyyələr təqdim edib

Ölkənin lider mobil operatoru “Azercell Telekom” 15 sentyabr Bilik Günü ərəfəsində tələbə adı qazanmış ən yüksək bal toplayan 27 abituriyent və Vətən Müharibəsində şəhid olmuş hərbçilərimizin 16 övladına onların tədris həyatında yardımçıya çevriləcək hədiyyələr təqdim etdi.

Dövlət İmtahan Mərkəzi və “Zəfər” İctimai Birliyinin test imtahanlarının nəticələri üzrə təqdim edilmiş siyahıları əsasında seçilən 43 abituriyent “Azercell”dən 12 ay müddətində aktiv olacaq “GencOl 6” tarifinə qoşulmaq imkanı qazandı. Xatırladaq ki, “GəncOl 6” tarifi çərçivəsində tələbə-abunəçi aylıq 3GB mobil internet, 300 tarifdaxili dəqiqə, “Azercell”in tətbiqlərindən istifadə etmək üçün 3GB və WhatsApp proqramında pulsuz yazışma imkanı qazanır. Bundan əlavə, ən yüksək bal yığmış yeddi abituriyent və dörd şəhid övladı şirkətdən hədiyyə olaraq 64GB “Samsung Galaxy” plan­şetini də hədiyyə aldı. Müxtəlif informasiya re­surslarına rahat və operativ çıxış imkanının va­cib olduğu bir dövrdə bu hədiyyələr tələbələrin əlavə bilgilərlə bağlı ehtiyaclarını qarşılamaqda yardımçı olacaq.

Qeyd edək ki, “Azercell Telekom” hər il müxtəlif rəqəmsal xidmətlərdən yararlanmaq məqsədilə istedadlı tələbələrə təqaüd və təcrübə proqramları həyata keçirir. 44 günlük Vətən müharibəsi zamanı canlarından keçən şəhidlərimizin ailə üzvləri üçün şirkət tərəfindən müxtəlif sosial təşəbbüslər, peşəkar inkişaf və dil bilgilərinin artırılmasına yönəlik onlayn təlimlər keçirilməsinə dəstək verilir.

“Xalq qəzeti”

19 Sentyabr 2021 00:16 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
21 Oktyabr 2021 | 02:09
BİLDİRİŞ
21 Oktyabr 2021 | 02:09
ELAN

Köhnə versiyamızdan xəbərləri izlə