Ən son xəbərlər
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev Vətən müharibəsi şəhidlərinin məktəbli övladları ilə görüşüb.
Rayon rəhbəri şəhid ailələrinin uşaqlarını yeni tədris ili münasibətilə təbrik edib, onlara cansağlığı və təhsildə uğurlar arzulayıb.
Şəhid ailələri övladlarının bilik öyrənərək gələcəkdə həm cəmiyyətimiz, həm də öz ailələri üçün yararlı, Vətənimizə, torpağımıza, dövlətimizə sadiq vətəndaşlar kimi formalaşacaqlarına dair əminliyini bildirən İbrahim Mustafayev vurğulayıb: “Bu uşaqların qəhrəman ataları Azərbaycan xalqına tarixi və möhtəşəm Qələbə sevincini bəxş ediblər, müqəddəs Vətən torpağı üçün canlarından keçiblər”.
Şəhidlərimizin heç zaman unudulmayacağını vurğulayan RİH başçısı şəhid ailələrinin daim dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edib.
Sonda şəhid ailələrinin övladlarına içərisində zəruri ləvazimatlar olan məktəb çantaları hədiyyə edilib.
Görüşdə iştirak edən valideynlər göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya öz dərin təşəkkürlərini bildiriblər.
Hamlet QASIMOV, “Xalq qəzeti”nin bölgə müxbiri
Köhnə versiyamızdan xəbərləri izlə